"FRANSA SENATININ ÜZVLƏRİ QATİLLƏRİN NƏVƏLƏRİDİR" - Vitse-spikerdən SƏRT AÇIQLAMA
“Həmkarlarım burada beynəlxalq hüquqdan danışır. Beynəlxalq hüquq haradadır? Fransa senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır”. Bunu parlamentin bu gün keçriilən plenar iclasında parlamentin sədr müavini Fəzail İbrahimli Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, Fransa senatının üzvləri Əlcazairdə soyqrım törədən qatillərin nəvələridir: “Onlar Əlcəzairdə qırğınlar törədənlərin, qaradərililəri dənizdə boğan qatilləin nəvələridir. Bu, həm də Avropa demokratiyasının sifətini açır. Hələ 107 il əvvəl Əhməd bəy Ağaoğlu yazırdı ki, uğrunda mübarizə apardığımız Avropa demokratiyası Balkan hadisələrindən sonra rəngini dəyişdi. Fransa senatın qərarı Avropa demokratiyasının üzünə tüpürməsidir. Fransanın içi yanır, göynəyir, çünki Türkiyə və Rusiya onu kənarlaşdırdı, münaqişəni həll etdi. Fransa axı ermənilərə söz vermişdi. İndi Azərbaycanla Senat dilində danışmaq olmaz. Azərbaycanla danışığın bir forması var: Haqq ədalət müstəvisində, yalvarışlı və yazıq formada danışıqda, Azərbaycan nəyisə güzəşt edə bilər. Biz 12 aylıq təqvimin 10 ayında Azərbaycana faciələr yaşadan Ermənistan adlı dövlətin başını əzmişik. Bu bizim heysiyyətimizə toxunan məsələdir. Amma bizi bu prosesdə müdafiə edənlər, Türkiyə, ən əsası bizim müdrik rəhbərimiz, qüdrətli ordumuz var. Azərbaycan həmişə haqq-ədalətin tərəfini tutub. Azərbaycanla danışığın bir forması var. Bizim güvən və güvənc yerimiz var. Ona görə də bu qərarlar bizim əhvalımıza təsir etməyəcək”.