Hillari Klinton PKK və YPG-dəki qadınlar barədə serial çəkəcək
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və qızı Çelsi Klintonun ortağı olduğu “HiddenLight Production Company” və yazıçı Qayle Temax PKK və YPG terror təşkilatı tərkibində olan qadınlar barəsində serial çəkəcəklərini açıqlayıb.
Yeniavaz.com “Hürriyet”ə istinadən xəbər verir ki, sözügedən şirkət Suriyada İŞİD-ə qarşı vuruşan YPG və PKK-dakı qadınların həyatından bəhs edən kitabın serial formatında ekranlaşdırılması üçün yayım hüququnu əldə edib.
“Kobaninin qızları - Cəsarət və Ədalətin Hekayəsi” adlı kitabın serial versiyası ilə bağlı Klinton öz fikrini bildirib:
“Kobaninin qızlarının hekayəsini dünyanın istənilən yerində izləyicilərə təqdim etməkdən daha həyəcanlı bir şey yoxdur".