"Az sonra gənc erməni qadını 3 - 4 yaşlı uşağı ilə birlikdə Laçın Alayında idi..." - ARİF PAŞAYEV yazır...

Mən yazılarımı heç vaxt vicdanı daşlaşmışlar üçün yazmadım...
Qərbin gəlişi gözəl , terminoloğiya lüğətinin bər - bəzəkli sözləri sırasında olan " toleyrantlıq" , " multikulturalizm" sözləri də içimdə heç vaxt rəğbət hissi oyatmadı...

Zatən mənsub olduğum TÜRK ( Praqmatik mülahizələr baxımından TÜRK olanlara aid deyil!!!) MİLLƏTİNİN rəhm , insaf , mərdlik anlayışları müasir  dünyanın  indi çox zaman söykəndiklərini bəyan etdikləri DƏYƏRLƏRİN cəmindən daha çox  NƏCABƏT yükünə malikdi...
... Azərbaycan milisindən bir neçə nəfər və  bir prokuror  ermənilər tərəfindən girov götürülmüşdü... Kəşfiyyatçılarımıza onların dəyişdirilməsi üçün adekvat addımlar atmaq tapşırığı verilmişdi...
 Az sonra yaşı təqribən 23 - 25 arası olan gənc ernəni qadını 3 - 4 yaşlı uşağı ilə birlikdə Laçın Alayında idi...Onunla TÜRK və Qafqaz KİŞİSİNƏ layiq rəftar edən və bu rəftarı hər kəsdən tələb edən,  bir ildən bir  qədər əvvəl qoca erməni qadınları tərəfindən gözləri bıçaqla cıxarılmağa cəhd edilən bir AZƏRBAYCAN ZABİTİ - mən idim!
   Qərargahın ikinci mərtəbəsində hər bir avadanlıq , o cümlədən televizorla təchiz edilmiş otaq hazırlandi...
   Qadın və uşağını oraya yerləşdirdik...         

Sonradan SƏHİD olan bir qohumumun həyat yoldaşı da tibb işçisi kimi Alayda xidmət edirdi. Ona qadınla hər həftə əlaqə saxlamaq göstərişi vermişdim.
   Erməni qadınının  qadınlara xas problemi ola bilərdi...Onu belə nəzərə almışdım!
   Bu FƏRQ idi!
   TÜRK və erməni ƏXLAQ və LƏYAQƏTİNİN fərqi...
   Bu tolerant və multikultural dəyərlərdən min qat DAHA ÜSTÜN OLAN  öz MİLLİ DƏYƏRLƏRİNƏ  sadiq adi bir AZƏRBAYCAN ZABİTİNİN adu bir hərəkəti idi...
    Biz qadın , uşaq , qoca , xəstə , yaralı ilə döyüşmədik!
   Biz DÖYÜŞÇÜ LƏYAQƏTİN  həmişə UCA tutduq!
   Biz bu DƏYƏRLƏRDƏN uzaq namərd bir düşmənlə üz- üzəyik!
   O düşmən MÜQƏDDƏS TORPAQLARIMZDAN rədd olub getməlidi!!! SON NƏFƏRİNƏ QƏDƏR!!!
  VƏTƏNƏ CANIMIZ FƏDA!!!

Arif Paşa, Sabiq alay komandiri, polkovnik

 

 






Fikirlər