Zərdüşt Əlizadə Azərbaycanın Qarabağ siyasətini pillə-pillə ŞƏRH edir (VİDEO)

Zərdüşt Əlizadə Azərbaycanın Qarabağ siyasətini pillə-pillə şərh edir (VİDEO)

"Dağlıq Qarabağdakı seperatçı rejimin rus dilinə rəsmi status verməsinin heç bir təsiri olmayacaq. Fərz elə ki, kimisi çıxıb özünü Şındırıstan dövləti elan edir. Və heç kimin tanımadığı ölkə götürüb puştu dilinə rəsmi status verir. Bunun nəyəsə təsiri ola bilərmi? Bunlar hamısı boş şeylərdir. Əgər Azərbaycan dövləti düzgün siyasət yürütsə, ermənilərin bütün bu kimi səfeh hərəkətlərinin bir qara qəpik xeyri olmayacaq. Sadəcə, indiyə kimi səhv siyasət yürütmüşük deyə, ermənilərin hansısa səfeh hərəkətlərinin bizim üçün aqibəti olmuşdu. İndi Azərbaycan düzgün siyasət aparsa, ermənilərin etdiklərinin heç bir əhəmiyyəti olmayacaq”. 
"AzerTaym.az" bildirir ki,bu sözləri Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə bildirib. Politoloq hesab edir ki, postsovet ölkələrində olan münaqişələrdən fərqli olaraq Rusiya Qarabağda başqa cür davranacaq: 
"Abxaziya və Osetiyadakı məlum problemlər Saakaşvilinin düzgün siyasət yürütməməsinin nəticəsi idi. Gedib Rusiyaya şıllaq atırdı. Rusiya da ona şıllaq atanı əzməyə başlayır, torpaqlarını qopardır və s., bu tip qanunsuzluqlar edir. Biz Rusiyaya kəllə atmırıq. Münasibətlər normaldır. "Sülhməramlılar” Qarabağda cəhənnəmə otursunlar, canları ilə əlləşsinlər. Məlum qərarın nəyə hesablandığını hamı bilir. Ona görə, bizim Qarabağda suverenliyimizi bərpa etmək üçün edəcəyimiz işlər düzgün və ardıcıl olmalıdır. Və mərhələlərlə görülməlidir. Birinci mərhələ azad olunmuş rayonların abadlaşdırılması, ikinci mərhələ əhalini ora köçürmək olmalıdır. Üçüncü mərhələdə biz tədricən ermənilərin yaşadığı ərazilərə girməliyik. Yəni, dövlət qurumlarının həmin ərazilərdə işləməsinə nail olmalıyıq. Sonra da elə bir şərait yaratmalıyıq ki, ermənilər öz xeyirləri üçün mənzillərini satıb torpaqlarımızdan cəhənnəm olsun. Rusiya böyük və qonşuları üçün təhlükəli olkədir. Bu baxımdan, Azərbaycan Rusiya ilə qonşuluqda yaşamağa və yaxşı münasibətlər qurmağa məhkumdur. Elçibəyin vaxtındakı kimi səfeh olsaq, onda Rusiya bizi də cəzalandırar və hazırda nəzarətimizdə olmayan ərazilərimizi götürüb ermənilərə verər. Ona görə Rusiya ilə düşmənçilik və pis münasibətlər bizə sərf etmir. Gürcüstan NATO-ya daxil olmaq istədiyi üçün məlum aqibətlə üzləşdi. Eləcə də Ukrayna. Biz NATO-ya girmək istəyirkmi? Yox. NATO olduqca mürəkkəb coğrafi regionda yerləşmiş Azərbaycanın nəyinə lazımdır? NATO kimə təhlükəsizlik zəmanəti verib? 
 
Ukraynayamı, Moldovayamı, Gürcüstanamı təhlükəsizlik zəmanəti verib? NATO özü-özünə təhlükəsizlik zəmanəti verir. Amma NATO-ya girirəm deyənlərə və NATO üzvü olmayanlara heç bir təhlükəsizlik təmanəti verilmir.  Bu, NATO-ya lazım da deyil. NATO-ya o lazımdır ki, Rusiya əhatəsində olduğu ölkələrlə pis münasibətdə olsun və düşmən olsunlar. NATO üzvlük vədi ilə Ukraynanı, Moldovanı, Gürcüstanı Rusiyaya düşmən etməyə nail oldu. Hətta Ermənistanı da Rusiya düşmən edə bilib. Çünki Ermənistan da Qərbə gedirdi. Biz isə əvvəldən NATO və Avropa Birliyinə girmək niyyətimizin olmadığını bildirirdik. Çünki onlar bizi qəbul edən deyil. Sadəcə bizi təhrik edib Rusiya ilə pis münasibətə sürükləmək istəyirdilər. Heydər Əliyev və İlham Əliyev əvvəldən demişdilər ki, Azərbaycanın  NATO və Avropa Birliyinə daxil olmaq niyyəti yoxdur. Çünki çox gözəl bilirdilər ki, bizi orda heç kim gözləmir...”

 






Fikirlər