"Avakov bic və hiyləgərdir, o indidən çıxdı ki, sonra özünü Zelenskinin komandasına qarşı qoysun”

Moderator.az RİA Novostiyə istinadən xəbər verir ki, MDB ölkələri institutunun direktor müavini Vladimir Jirixin agentliyə müsahibə verərkən Ukraynada 2024-cü ilə kimi dövlət çevrilişi olacağını və onun əsas fiqurlarından birinin də keçmiş DİN naziri Arsen Avakovun olacağını proqnozlaşdırıb.
 
Arsen Avakovun indi istefa ərizəsi yazması bir çox mıtləblərdən xəbər verir. 2024-cü ildə növbəti prezident seçkiləri ərəfəsində hərbi çevrilişin mümkünlüyünü qeyd edən Jarixin bildirib ki, “Avakov ona görə vəzifədən getdi ki, o Zelenskinin komandasından çıxdığını göstərməliydi. Avakov bic və hiyləgərdir, o indidən çıxdı ki, sonra özünü Zelenskinin komandasına qarşı qoysun”. 
 
Jarixin onu da qeyd edib ki, bu işin başında amerikalılar özü dayanır.
 
Ukrayna mətbuatı Avakovun Ukraynada geniş biznes şəbəkəsi olduğunu və təsiredici imkanlara malik olduğunu qeyd edib.
 
Erməni mediası isə Avakovun Putinin Ukraynalılara ünvanlanmış məktubundan sonra istefa verməsini təsadüfi hesab etmir və onun Rusiyada vacib dairələrlə sıx münasibət saxladığını qeyd edir 
 
P.S. Yəni əsl erməni xisləti - həm Rusiyaya bağlılıq var, həm də Amerikaya. İki stulda oturanın sonra bir stul da tapmayacağını və hər şeyi itirəcəyini tarix sübut edib.






Fikirlər