Erməni nazir prezident Poroşenkoya 10 min dollarlıq tapança BAGIŞLADI
Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun prezident Pyotr Poroşenkoya “Cabot Gun” tapançası hədiyyə etdiyi məlum olub. Bu barədə “Ukraynskaya pravda” qəzeti xəbər yayıb. Qəzet bildirir ki, “Jones1911” model tapança 2015-ci ildə prezidentin 50 illik yubileyi münasibəti ilə təqdim olunub. Tapançanın qiyməti 9950 dollardır. A. Avakov hazırkı baş nazir Vladimir Qroysman və keçmiş baş nazir Arsen Yasenyuka da odlu silah hədiyyə edib.(APA)