Kennedinin qatili 53 illik həbsdən sonra azadlığa ...

Kennedinin qatili 53 illik həbsdən sonra azadlığa çıxa bilər

Kaliforniya ştatının Vaxtından əvvəl Azad Edilmə üzrə Komissiya senator Robert Kennedinin qatili, iordaniyalı Sirhan Sirhanın həbsxanadan vaxtından əvvəl azad edilməsi ilə bağlı xahişini təmin edib.

Bu barədə “Qafqazinfo” “The Washington Post” qəzetinə istinadən xəbər verir.

Komissiya belə qənaətə gəlib ki, məhbus artıq cəmiyyətə təhlükə yaratmır.

77 yaşlı Sirhanın azad edilməsi ilə bağlı yekun qərar 90 gün ərzində komissiyanın tam tərkibi tərəfindən qəbul ediləcək, sonra o, ştatın qubernatoru Gevin Nyusoma göndəriləcək. 30 gün ərzində o, komissiyanın qərarını təsdiq etməli və ya rədd etməlidir.

Qeyd edək ki, Sirhan Sirhan 1968-ci il iyunun 5-də senator Kennedini Kaliforniyada Demokratik Partiyadan prezidentliyə namizəd postuna ilk seçkini qazandıqdan bir neçə saat sonra güllələyib.

Törətdiyi cinayətə görə 24 yaşlı Sirhan əvvəlcə qaz kamerasında ölüm cəzasına məhkum edilib. Lakin həmin il ABŞ Ali Məhkəməsi ölüm cəzasını ölkə konstitusiyasına zidd olduğunu qəbul etdiyi üçün Sirhana ömürlük həbs cəzası verilib.

1975-ci ildən etibarən Sirhan dəfələrlə hakimiyyətə vaxtından əvvəl azadlığa buraxılması xahişi ilə müraciət etsə də, daim rədd cavabı alıb.

Robert Kennedi ABŞ-ın öldürülmüş prezidenti Con Kennedinin qardaşıdır.






Fikirlər