Zərdüşt Əlizadə - “Onlar heç kəs və heç kimdirlər!“

“Onlar heç kəs və heç kimdirlər!“ - Zərdüşt Əlizadə

Qarabağda seperatçıların nəzarəti altında olan bölgədə yaşayan ermənilərin durumu getdikcə pisləşir. Elektrik enerjisinin fasilələrlə verilməsi, içməli suya olan tələbatın ödənilməməsi və digər sosial problemlərin həllini tapmaması yerli əhali arasında narazılığı daha da artırır. Sosial şəbəkələrin erməni seqmetində bunu aşkar şəkildə müşahidə etmək olar.

Son günlər isə bu müzakirələrin istiqaməti dəyişib. Ermənilər yarıtmaz Arutunyan rejimin onların problemlərini heç vaxt həll edə bilməyəcəyini əsas gətirərək Azərbaycanın tabeliyinə keçməyin vacibliyini bildirirlər.

Politoloq Zərdüşt Əlizadə Yenisabah.az-a müsahibəsində bu mövzuda danışıb:

- Bu müsbət əlamətlərdəndir. Yəni erməni cəmiyyətində müəyyən ayılma, həqiqətlə hesablaşma meyilləri duyulur. Bu, çox müsbət bir faktordur. Onlar nə qədər xam xəyallarından ayılsalar, o qədər yaxşıdır.

- Qarabağda yaşayan ermənilər elektrik enerjisi, içməli su problemləri ilə üzləşirlər. Dözülməz həyat yaşadıqlarını deyirlər. Seperatçı rejimin tabeliyində yaşayan bu adamların hər hansı perspektivi varmı?

- Belə getsə, yoxdur. Əgər düzgün seçim etsələr, yəni beynəlxalq hüquq, Azərbaycan qanunları və gerçəkliklə hesablaşsalar, o zaman perspektivləri var. Əks halda, bölgədən çıxıb gedəcəklər.

- Arutunyan rejimin perspektivliyini necə qiymətləndirirsiz? Sizcə, qondarma respublikanın nə qədər ömrü qalıb?

- Sıfıra yaxındır. Onların özlərindən heç nə asılı deyil. Hər şey Rusiya ilə Azərbaycan münasibətlərindən asılıdır. Azərbaycan Rusiya ilə siyasətini düzgün qurarsa, mənə elə gəlir ki, hər şey Azərbaycanın xeyrinə həll olacaq.

Böhran nöqtəsi 4 ildən sonra olacaq. Yəni Azərbaycan "rus sülhməramlıları getməlidir" dedikdə. Münasib və mülayim bir şərait yaransa, bəli, onda heç kəsin tanımadığı qondarma rejim "tarixdə fakt" kimi qalacaq. Azərbaycan düzgün siyasət aparmazsa və Rusiya da qondarma rejimin bölgədə münasib istifadəsini görsə, separatçılar qalacaqlar. Amma onlar heç kəs və heç kimdirlər. Ermənilərin heç bir imkanları yoxdur. Hər halda onlardan alət kimi istifadə edəcəklər.

“Onlar heç kəs və heç kimdirlər!“ - Zərdüşt Əlizadə






Fikirlər