Koronavirusa yoluxan Hafiz Hacıyevin vəziyyəti AĞIRLAŞDI...
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub. Unikal.org-un məlumatına görə, hazırda partiya sədrinin vəziyyəti ağırdır. Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.