Ermənistan siyasi sferasında Mehri məsələsinin ziddiyyətli şəkildə gündəmdə müzakirə olunması rəsmi İrəvanın iradəsizliyinin ifadəsidir. Bu, onu isbatlayır ki, Ermənistan özünün dövlət siyasətinin konturlarını əsaslandıra bilmir.
Əslində isə Ermənistan nə istədiyini bilmir…
Ermənistan yanlışlıqla belə hesab edir ki, Türkiyənin Orta Asiyaya girməməsi üçün hər şeyi etməlidir. Ermənistanda şovinist-qisasçı qüvvələr belə bir mövqenin son vaxtlar İrəvanla münasibətləri istiləşən Rusiya və Çinin maraqlarına uyğun olduğunu da düşünür.
Bu, hesablanmamış, ərköyün və pafosa köklənən yanaşmadır. Ermənistanın bu məsələdə vahid və regional reallıqlara əsaslanan mövqeyi olmalıdır. Ermənilər belə hesab edirlər ki, Türkiyə və ya Azərbaycan Mehri vasitəsilə əlaqə saxlamaq istəyirsə, əlaqə saxlasınlar. Ancaq ərazimizdən və bizə məxsus dəmir yolundan istifadə etdiklərinə görə, dünyada qəbul edildiyi kimi pul ödəsinlər. Yeri gəlmişkən, Türkiyənin Naxçıvanla heç bir dəmir yolu əlaqəsi yoxdur və türklər Naxçıvana çatmaq üçün Gümrü-İrəvan-Yerasx xəttində bizə məxsus olan dəmir yolundan istifadə edib, onun pulunu ödəməli olacaqlar. Qoy iqtisadçılar hesablasınlar ki, bu, bizim büdcəmizə neçə milyon dollar vəsait gətirəcək.
Erməni siyasətçilər kommunikasiyaların açılması ideyasının o qədər də pis olduğunu düşünmürlər. Ancaq Köçəryan kimilərin iştirakı ilə bu ideya bu xalqın başında qorxulu yuxuya çevrilib. Çünki kommuniksiyaları açmaqla torpağı təhvil verməyi səhv salırlar. Bəs Mehrini təhvil verəndən sonra nə olacağını düşünən varmı? Məsələ bundadır ki, dərhal Türkiyə-Naxçıvan dəmir yolunun tikintisi davam edəcək, bundan sonra Ermənistan dalana dirənəcək. Düünürük ki, bu baş verənə qədər isə bizə tarixi şans verilir ki, bütün nəticələri ilə birlikdə bu regionun ürəyinə, Qərblə Şərqin qovşağına çevrilək.
ABŞ hesab edir ki, Ermənistan öz maraqlarına məhəl qoymadan bütün ərazisi ilə Rusiyaya xidmət edirsə, bəs çox kiçik bir ərazinin ABŞ və Türkiyənin maraqlarına xidmət etməsinə nə mane olur? Həmin kiçik ərazi Mehridir və bu dəhliz ideyası reallaşarsa, İrəvan artıq Türkiyə və ABŞ-a mane ola bilməz, çünki Ermənistan geosiyasi faktor olmaqdan çıxacaq.
Erməni siyasətçilər belə hesab edir ki, indi Ermənistan həm geosiyasi, həm də coğrafi mövqeyinə görə ciddi faktordur. Amma biz bu məsələdə fərqli düşünürük. Ermənistan bu gün başqalarının planlarına mane olan bir geosiyasi amilə çevrilib. Təbii ki, heç kim heç vaxt qonşularının proqramlarına qeyd-şərtsiz sadiq olmur. Ancaq görünən budur ki, Ermənistan onları öz maraqları ilə birləşdirməyə cəhd etmir, ümumiyyətlə, qonşuların müsbət proqramlarını əngəlləməyə çalışır. Ermənilərin qeyri-sabit və ziddiyyətli mövqeyi kifayət qədər ironiya doğurur. Belə ki, Türkiyənin Orta Asiyaya çıxmasının Ermənistanın maraqlarına zidd olmadığını, yenə də Rusiya və Çinin maraqlarına zidd olduğunu düşünürük.
Ermənilər hesab edirlər ki, türklərin və amerikalıların Mehriyə böyük ehtiyacı var. Belə olan təqdirdə Mehri adi bir ərazidən strateji nöqtəyə çevrilir və bu, Ermənistan üçün tarixi şansdır. Əgər bütün əldə olunan faktları nəzərə alsaq, Ermənistanın bu gün apardığı siyasətdə öz maraqlarından çox başqalarının maraqları təmin olunur. Belə ki, Ermənistanın eyni anda müxtəlif dövlətlərin maraqlarına xidmət etməsi onun müstəqil olmadığının və vahid siyasi kurs müəyyənləşdirə bilməməməsinin göstəricisidir.
Telman Qasımov, hərbi-siyasi ekspert
Fikirlər