“Trolları məqsədli şəkildə əleyhimə yönəldiblər“ - Aqil Abbas
Milli Məclisdə tələbələrin könüllü şəkildə işğaldan azad edilmiş ərazilərdəki işə cəlb edilməsinə çağırdığına görə sosial şəbəkədə tənqid olunan Aqil Abbas fikirlərinə aydınlıq gətirib. Yenisabah.az-a danışan deputat ona qarşı ünvanlanan şərhlərin planlaşdırılmış təpki olduğunu deyib: “Səsləndirdiyim fikirlərin məqsədi bəllidir, parlamentdəki çıxışımda da demişəm. Fikirlərimi yenidən şərh etməyə ehtiyac yoxdur. Kim nə fikirləşir özü bilər. Sosial şəbəkələrdəki tənqidlər mütəşəkkil şəkildə mənə qarşı hazırlanmış bir şeydir. Trolları məqsədli şəkildə əleyhimə yönəldirlər. Mən sözümü demişəm, əlavə şərhə ehtiyac yoxdur”. Qeyd edək ki, deputat tələbələrin könüllü şəkildə Qarabağda işləməli olduğunu bildirmişdi: "Azərbaycanda tələbə inşaat dəstələri yaradılmalıdır. Azərbaycan gənci Qarabağda canından keçə bilir. Niyə Qarabağa gedib könüllü işləməsinlər?!”