"Nüvə müharibəsindən qaçmaq lazımdır" - Bayden Putinlə söhbətdə deyib
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı bir neçə dəfə nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu qeyd edib. Bu barədə söhbətin nəticələrinə əsasən dövlət başçısının köməkçisi Yuri Uşakov jurnalistlərə xəbər verib. «Çox vacibdir ki, Prezident Bayden bir neçə dəfə danışıq zamanı qeyd edib ki, nüvə müharibəsinə başlamaq olmaz, həm də onu udmaq da olmaz. Amerikalılar bu mövqedən çıxış edirlər ki, başa düşürlər, ABŞ və Rusiyada dünyanın ən nəhəng nüvə potensialı cəmləşib» - Uşakov deyib. Putinin köməkçisinin sözlərinə görə, Bayden həm də qeyd edib ki, Rusiya və ABŞ dünyada və Avropada sülhün və təhlükəsizliyin təmin olunması istiqamətindəki səylərdə açar rol oynayır və oynamalıdır. AzPolitika.info