Etibar Məmmədovun duyğusal Yeni il arzusu: “Uşaqlarının gözünə baxa bilsinlər”
“Köhnə ili yola saldıq. Yeni ilin ilk günlərindən xeyirli görünür. Yeni ildə arzulayıram ki, hamının ürəyindən keçənləri həyata keçirtməyə imkanı olsun”.
Yeni il ilə bağlı bu sözləri Bizim.Media-ya Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Milli Məclisin I çağırış deputatı Etibar Məmmədov açıqlayıb.
Siyasətçinin təbrikinin davamı belədir:
“Birinci növbədə iqtisadi cəhətdən hər bir ailənin imkanı olsun ki, uşaqlarının gözünə rahat baxa bilsinlər. Hər bir ailəyə əmin-amanlıq və iqtisadi rifah arzulayıram”, - deyə Etibar Məmmədov təbrikini bitirib.