Zərdüşt Əlizadədən proqnoz: “Qazaxıstanda siyasi idarəçilik dəyişəcək“

Zərdüşt Əlizadədən proqnoz: “Qazaxıstanda siyasi idarəçilik dəyişəcək“

Qazaxıstanda KTMT hərbi kontingentinin müdaxiləsindən sonra vəziyyət sabitləşməyə başlayır. İğtaşların yatırılmasından sonra hadisələr necə cərəyan edəcək? Qazaxıstan hökumətinin sonrakı planları nə olacaq?

Yenisabah.az-a açıqlamasında Zərdüşt Əlizadə qeyd edib ki, hazırda Tokayev hökuməti postkonlifkt sonrası müəyyən tədbirlər görməyə başlayıb:

“Artıq iğtişaşlar yatırılıb, 8 minə yaxın etirazçı həbs edilib, həlak olanların sayı müəyyənləşdirilir, ilkin hesablara görə, 160 nəfərdir və onlardan 16-sı polis işçisidir. Hər halda həm siyasi cəhətdən, həm də ictimai asayiş baxımından Qazaxıstanda vəziyyət sabitləşib, dövlət əhəmiyyətli obyektləri KTMT qüvvələri nəzarətə alıb, Qazaxıstanın güc qurumları ictimai asayişin qorunması ilə məşğuldur. Yəqin ki, bundan sonra yanmış binaları, küçələri təmir edəcəklər”.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, yeni parlament seçkiləri keçiriləcək və ola bilsin ki, Konstitusiyada hansısa dəyişikliklər edəcəklər. Hər iki tərəf, yəni həm KTMT təmsilçiləri, həm də Qazaxıstan hökuməti deyir ki, vəziyyət sabitləşəndən sonra KTMT qoşunları ölkəni tərk edəcək. İndi görək nə olur”, - deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.






Fikirlər