Ramiz Mehdiyevin fəallaşmasının və “vurulmasının” ilginc səbəbləri - Rusiya hərəkətə keçib

  AMEA-da “RUSİYA TƏDBİRİ” VƏ XİN RƏSMİSİNİN SKANDAL MÖVQEYİ… - Ramiz Mehdiyevin dəstəsi yenidən aktivləşir? - Alp.Az

Rusiya-Ukrayna qarşıdurması, gərginliyi artdıqca Kremlin MDB ölkələrinə təzyiqi də artacaq, məqsədi isə bu ölkələrin mövqelərinin dəqiqləşdirməsi ilə bağlıdır. Əgər sabah Rusiya “dxr” və “lxr”i - Donbası tanısa, müharibə olsa, MDB, əsas da KTMT ölkələrindən də həmin qondarma qurumları və Krımın Rusiya torpağı olmasını tanımağı tələb edəcək.

AzerTaym.az bakupost.az-a istinadən  xəbər verir ki, bu sözləri ReAL İH üzvü Natiq Cəfərli Ukrayna ətrafında baş verən son prosesləri şərh edərkən deyib.
O bildirib ki, bütün MDB ölkələrində bunun izləri görünür:
“Belarusla məsələni 2020-də, Qazaxıstanla isə 2022-nin əvvəlində həll etdi, Qırğızıstan zatən Qazaxıstanla paralel qərarlar verməyə məhkumdur, Türkmənistan qapalı, özünəməxsusdur, amma orda da maraqlı hadisələr baş verir, yeni, gənc “şahzadə” hakimiyyətə gətirilir, Rusiya buna dəstək olur və Türkmənustan da Kremlin dediyini edir, Tacikistan və Özbəkistana qarşı isə Taliban dəyənəyi hazırdır, Kremlə etiraz etsələr, o dəyənəklə vurulacaqlar.
Ən maraqlı durum Ermənistanla bağlıdır - Qazaxıstan hadisələrində Ermənistanı Qərbin gözündən salan Kreml indi Ukrayna hadisələri fonunda Paşinyanın “qərbyönümlüyünü” tam məhv edə bilər”.
Politoloqun fikrincə, Azərbaycan daha maraqlı durumdadır – Prezident İlham Əliyev ən gərgin zamanda Kiyevə getdi, dəstək göstərdi, bu gün Türkiyə ilə hərbi-strateji ittifaqı hər iki qardaş ölkə təsdiqlədi və bu müqavilələr qanuni qüvvəyə mindi, AB ilə münasibətlər çox yaxşılaşdı:
“Digər tərəfdən isə Rusiyanın ölkədəki “5-ci kolonu”nun rəhbəri, hakimiyyətin içindəkilərin bir hissəsinə və müxalifətin bir qisminə nəzarət, idarə edən Ramiz Mehdiyevin urvatsız edilməsi də heç təsadüf deyil. Kremlin burada siyasi oyun qura biləcəyi, 2013-cü ildə olduğu kimi, öz əlaltıları, “Milyarderlər İttifaqı” və “şuralar” ilə təzyiq və təsir göstərməsi cəhdləri tam neytrallaşdırılmalıdır.
Məncə, son olaylar həm də bu məsələ ilə bağlıdır, Mehdiyevin son bəyanatında rusdilliləri və rus dilini müdafiə etmək cəhdi təsadüf deyildi, ona qarşı kampaniya da təsadüfi deyil - məqsəd tək onu yola salmaq yox, bütün bağlantıları kəsməkdir”.
N.Cəfərlinin fikrincə, maraqlı, tarixin dəyişdiyi dövrdə yaşayırıq, Azərbaycanın xarici siyasəti çox güclüdür, ancaq daxili siyasət ürəkaçan deyil, üstəlik, Xankəndidəki “sülhməramlılar” hələ də ölkənin “yumşaq qarnıdır”, mütləq nəticələr çıxarıb yeni sistemə keçməliyik:
“Əsas hədəflərdən biri də 2025-ci ilə qədər “sülhməramlıları” ölkədın çıxartmaq olmalıdır...”






Fikirlər