Tapmaca kimi İSTEFA: Nə baş verir?
Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verdikdən sonra belə, bu yöndəki müzakirələr səngiməyib. Eyni zamanda müəyyən qeyri-müəyyənliklər də hələ qalmaqdadır. Xatırladaq ki, sabiq AMEA prezidenti qurumun Rəyasət Heyətinin iclasında istefasına son günlər akademiya və şəxsən onun özü haqda yayılan məlumatların heç bir təsiri olmadığını, postunu yaşı ilə əlaqədar tərk etdiyini bildirib. İş otağına niyə qayıdıb? Qeyri-müəyyənliklərdən biri fevralın 15-də Ramiz Mehdiyevin hələ də AMEA-da kabinetində olduğu və işinə davam etdiyinin məlum olmasıdır. AMEA-nın mətbuat xidmətinin rəhbəri Azadə Balayeva TV.Musavat-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin istefa ərizəsi ölkə Prezidentinə təqdim olunduqdan və dövlət başçısı istefa ərizəsini qəbul etdikdən sonra Rəyasət Heyəti toplana və AMEA-nın yeni prezidenti seçilə bilər. Hələ bu baş verməyib və istefa ərizəsi yazmasına baxmayaraq, Ramiz Mehdiyev AMEA-da iş otağında fəaliyyətinə davam edir. Təhlükəsizlik Şurasının üzvü kimi qalacaqmı? Yaşı ilə əlaqədar AMEA-dakı postunu tərk etdiyini bəyan eləyən Ramiz Mehdiyev hələ də digər vəzifələr tutur. Mehdiyev hələ də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür. Mehdiyev ölkə başçısının 23 oktyabr 2019-cu il tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Əgər 84 yaşlı akademik bundan sonrakı fəaliyyətini sırf kitab yazmağa bağlayacaqsa, o halda onun Təhlükəsizlik Şurasının üzvlüyündən də azad ediləcəyi istisna deyil. Nə kitabı yazmaq istəyir? Maraqlıdır, kitablar yazacağını deyən Ramiz Mehdiyev nəyi nəzərdə tutur? Akademik elmi kitablar yazacaq, yoxsa siyasi memuar? Dünya siyasi tarixindən məlumdur ki, bir çox siyasətçilər, məmurlar həm siyasi proseslərdəki aktiv dövrlərində, həm də karyeralarını başa vurandan sonra memuar-xatirə yazırlar. Amma xarici ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi xadimlər, eks-nazirlər, digər keçmiş məmurlar siyasi janrda memuar yazmağa həvəsli olmurlar. Doğrudur, bunu yazmağa həm də istedad, qabiliyyət lazımdır. Təbii ki, vəzifədən gedən sabiqlərin demək olar ki, əksəriyyətində bu qabiliyyət olmayıb. Müstəqillik dönəmində Azərbaycanda o qədər təlatümlü hadisələr baş verib ki, həmin olaylardan yazılan xatirələr kifayət qədər oxucu cəlb edə bilər. Azərbaycanda siyasi janrda memuar yazan keçmiş məmur çox az olub. Azərbaycanın sabiq rəhbərləri Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, keçmiş dövlət müşaviri Vəfa Quluzadə, prezidentin eks-mətbuat katibi Rasim Ağayevin bu istiqamətdə bəzi yazıları- kitabları var. Bu baxımdan 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə AMEA prezidenti olmuş Ramiz Mehdiyevin nə yazacağı maraq doğurur... (modern.az) Sfera.az-ın məlumatına görə isə Mehdiyevin qohumları hələ də vəzifədədir. AMEA rəhbərinin oğlu Teymur Mehdiyev 5 may 2014-cü il tarixindən fövqəladə hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi daşıyır. Mehdiyevin digər vəzifəli qohumları da var: Mehdiyev Telman Hüseynqulu oğlu - Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. Uzun müddət Dövlət Gömrük Komitəsində çalışıb. O, 2017-ci ildə bu sahədə fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. O, Ramiz Mehdiyevin qardaşı oğludur. Mehdiyev Nəriman Hüseynqulu oğlu - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi və R.Mehdiyevin qardaşı oğludur. Mehdiyev Mərdan Hüseynqulu oğlu - Bakı Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət Bölüyünün komandiri. Mehdiyev Elvin Xanlar oğlu - Gömrük Komitəsində daxili xidmət polkovnik-leytenantı, rəis. Mehdiyev Zahid Arif oğlu - Azərbaycan Respublikasının Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri. Həmçinin son məlumatlara görə, Ramiz Mehdiyev AMEA-da olduğu müddətdə kürəkəninin qardaşına da vəzifə vermişdi. O, ötən il kürəkəni İlham Əliyevin qardaşı Fikrət Əliyevi AMEA-nın İşlər İdarəsinə müvəqqəti olaraq müdir təyin etmişdi. İ.Əliyevin xalası oğlu Seymur Qurban oğlu Mərdəliyev isə prezidentin 26 dekabr 2019-cu il sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini təyin edilib. Ramiz Mehdiyevin yaxın qohumu - baldızı oğlu, polis polkovniki Levan Qurskayanın Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəis müavini vəzifəsindən azad edilməsi haqda məlumat yayılsa da, hazırda işinin başında olduğu deyilir. Eyni zamanda Ramiz Mehdiyevin hüquq-mühafizə orqanlarına yerləşdirdiyi və sayı bilinməyən qohumlarının az olmadığı haqqında məlumatlar var. “Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin həbsi gözlənilir”. Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən daxil olan xəbərdə bildirilir. Məlumata görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində sabiq deputatla bağlı illər əvvəl edilmiş şikayətlərə baxılması barədə siyasi qərar verilib. Deputata dələduzluq və mənimsəmə ittihamının veriləcəyi gözlənilir. Məlumatda o da bildirilir ki, İlham Əliyevdən şikayətçi olanlar keçmiş biznes şərikləri və vaxtilə inşaat materialı alan zaman borclu qaldığı şəxslərdir. Bəs maraqlıdır, Ramiz Mehdiyevin AMEA-dan istefasını tələb edən məşhurlar, deputatlar akademikin istefasından razı qalıblarmı? Ramiz Mehdiyev Respublikanın Təhlükəsizlik Şurasından və YAP-dan da gedəcəkmi, yaxud çıxarılacaqmı? Mehdiyevlə bağlı sualı dinləyən deputatlar, onun istefasını tələb edən şəxslərin indi də susmaq mövqeyinə çəkildiyi məlum oldu. Heç kimsə Mehdiyevin adı çəkilən suallara cavab vermək istəmir. Adamların qəfildən bu cür çəkingənlik nümayiş etdirməsi də akademik barədə hələ hər şeyin aydın olmadığı mənzərəsini yaradır. pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar
pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar
pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar
pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar