Kadırovun legitimliyini rədd edən çeçenlər Ukrayna ordusunun sıralarına keçdi – VİDEO
Kadırovun legitimliyini rədd edən çeçenlər Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşurlar. Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya ordusuna dəstək üçün Ukraynaya çeçen qoşunlarını göndərib. AzerTaym.az medianews.az-a istinadən xəbər verir ki, Kadırovun legitimliyini rədd edən çeçenlər Ukrayna ordusunun sıralarında Rusiyaya qarşı vuruşmaları barədə məlumatlar yayılıb. Rusiya ilə Ukrayna arasında Donbass bölgəsi ilə bağlı gərginlik genişmiqyaslı müharibəyə çevrilib. Rusiya ordusu Ukraynanın kritik şəhərlərini ələ keçirib və müxtəlif nöqtələrdə qarşıdurmalar davam edir. Rusiya lideri Putinə yaxınlığı ilə tanınan Çeçenistanda administrasiya rəhbəri Ramazan Kadırov Rusiya ordusuna dəstək üçün dünən Ukraynaya öz qoşunlarını göndərib. Meydana toplaşan əsgərlər qarşısında çıxış edən Kadırov “Zelenski Putinə zəng edib üzr istəməlidir” şüarları da səsləndirib. Sosial mediada Ukraynaya hücum etməzdən əvvəl dua etdiyi iddia edilən çeçen silahlıların görüntüləri də gündəm olub. Sosial şəbəkələrdə bir çox istifadəçi Kadırova reaksiya verib. Baş verən hadisələrdən sonra Kadırovun legitimliyini rədd edən çeçenlər əks addım atıblar. Bəzi çeçen qrupların Rusiyaya qarşı döyüşmək üçün Ukrayna ordusu sıralarına qatıldığı məlum olub.