Azərbaycanda ən güclü “5-ci kolon” - Siyasətçidən ŞOK İDDİA...

Partiya sədrindən müxalifətə ittihamlar

Azərbaycanda Rusiyanı, Qərbi, yoxsa İranı müdafiə edən və “5-ci kolon” adlanan qüvvələrin olduğu barədə vaxtaşırı mediada yazılar gedir, iddialar irəli sürülür. Lakin Rusiyanın, Qərbin, yoxsa İranın “5-ci kolon”unun güclü olduğu, təsir imkanına sahib olduğu haqda isə xüsusi bir fikir yoxdur.

Bu barədə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda ən güclü “5-ci kolon” Qərbə məxsusdur. Bu, birmənalı belədir. Belə ki, çoxsaylı partiyalar Qərbin Azərbaycana və türk dünyasına qarşı elədiklərini görməzdən gəlirlər.  Ən dəhşətli  hadisələrə də heç bir reaksiya vermirlər: “Baxın, ötən ilin dekabr ayının 27-də ABŞ prezidenti Co Bayden Milli müdafiə haqqında Qanun imzaladı, bu qanunda Azərbaycanı Türkiyə ilə birlikdə hərbi əməliyyatlar başlamaqda, “artsax"a hücum eləməkdə, etnik təmizləmələr həyata keçirməkdə, minlərlə adamın ölümünə bais olmaqda günahlandırdı, hətta Azərbaycanı müharibə cinayəti törətməkdə belə, suçladı. Lakin Azərbaycanda xüsusən müxalifət adlanan siyasi partiyalardan bir nəfərin bunlara qarşı səsi çıxmadı. Heç kim reaksiya vermədi. Yaxud Türkiyəyə qarşı son aylarda atılan addımlar, Prezident Ərdoğan fəğan edir, ABŞ-dan şikayətlənir. Azərbaycanda qeyd etdiyim qüvvələrdən ona dəstək verən varmı? Yoxdur. Türkiyədəki Ülkücü Ocaqları (Boz qurd" təşkilatının terror təşkilatı olub-olmaması ilə bağlı ABŞ-da araşdırmalar aparılması qərara alınır. Buna qarşı Azərbaycandakı dediyim siyasi qüvvələrdən bir etiraz varmı? Yoxdur. Çoxlu sayda belə faktlar sadalamaq olar. Çünki Qərbin “5-ci kolonu” Azərbaycanda çox güclüdür".

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

A.Səmədov vurğuladı ki, Rusiyanın “5-ci kolon”u haqqında çox danışılır. Ancaq əslində açıq şəkildə Rusiyanı müdafiə edən siyasi qüvvələrə çox az rast gəlinir. Amma Qərbi açıq şəkildə müdafiə edənlərə hər addımda rast gəlirik: “Rusiyanı açıq şəkildə müdafiə edən siyasi qüvvə Kommunist Partiyasıdır. Başqa hansısa siyasi təşkilatlar görmürük ki, açıq şəkildə Rusiyanı müdafiə etsin. Lakin Qərbi, ABŞ-ı açıq müdafiə edənlərin sayı çoxdur. İranın müdafiəçiləri də Azərbaycanda mövcuddur. Ancaq onlar elə də çoxsaylı deyillər. Qərbin müdafiəçiləri, Qərbi birmənalı şəkildə müdafiə eləyənlər və Qərbin bizə qarşı bütün addımlarına göz yumanlar Azərbaycanda kifayət qədərdir, səbəb də aydındır. Onlara Qərbdən maliyyə gəlir və hakimiyyətə gəlməkdə Qərbdən kömək umanlar var. Ona görə də Qərbi müdafiə etməkdən çəkinmirlər”.

 






Fikirlər