"Utandım ki, gör necə nəsil yetişir” - Rus dilində təhsilə əks-dəlillər...

““Park Bulvar"a toplaşanlar həmin məktəblərin yetişdiriyi gənclik idi”.

Bunu Yenisabah.az-a açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

O, Azərbaycanda rusdilli tədrisə üstünlük verilməsi, hətta valideynlərin övladlarını rus bölməsində təhsilə yönəltməsi, bunun Azərbaycan bölməsində tədrisin keyfiyyətin aşağı olması ilə əlaqələndirməsi, guya rus bölməsində təhsil alanların daha dünyagörüşlü və intellektual olması dəlillərinə öz əks-dəlillərini irəli sürüb:

"Bu, Azərbaycan dilini, təhsil sistemini gözdən salmaq üçün uydurulmuş, məqsədli şəkildə həyata keçirilən bir prosesdir. Dünyada ikinci ölkə yoxdur ki, öz dilini bu qədər gözdən salmağa səy göstərsin.

Rus məktəblərinin Azərbaycanda sayı çoxdur. Buna heç bir qadağa da yoxdur. Azərbaycan məktəblərinin və Azərbaycan müəllimlərinin onlardan nəyi əskikdir?!

O məktəblərdə Azərbaycanın milli dəyərlərinə, xalqına bağlı insanlar yetişmir. Rus düşüncəsində olan insanlar tərbiyə olunur. Onlar rusca düşünür, rus həyat tərzi ilə yaşayırlar. 

Bizi köklərimizdən qoparmaq üçün bəhanələr uydurulur. Ölkəmiz xarici dillərin yarışma poliqonuna çevrilib. Yanaşma yanlışdır. Qoy rus dilini xarici dil kimi öyrənsinlər.

Təəssüf ki, rus dilini bilməyəni "geridə qalmış" hesab edənlər də az deyil".

T. Rüstəmxanlının sözlərinə görə, “Park Bulvara"da baş verən qalmaqal da buna sübutdur:

"Rəzalət idi. Kim və nə olduğu bəlli olmayan bir insan üçün belə etmək olmaz. Şəhidlərimiz üçün heç belə etməyiblər. Şair, yazıçı üçün özlərini heç belə "öldürməzlər". Rus məktəbuində oxuyan uşaqların düşüncəsi bundan artıq olmaz. Ora toplaşanlar həmin məktəblərin yetişdiriyi gənclikdir. Videonu izlədim, utandım ki, gör necə nəsil yetişir”.






Fikirlər