“Ümid" partiyasının sədri İqbal Ağazadə “Qaynarinfo”-ya açıqlamasında AMİP lideri Etibar Məmmədovun guya koalisiya yaratması və rəhbərlik etdiyi partiyanın da orada yer alması ilə bağlı yayılmış müzakirələrə münasibət bildirərkən belə deyib:
“Etibar Məmmədov mənim üçün 1988-1990- cı illər xalq hərəkatında və AMİP-in rəhbəri olmuş bir adamdır, tarixdir, bitib, vəsaalam. Etibar Məmmədov yeni tarixdə nə gəzir? İndi 2022-ci il - yeni dövrdür. Bu dövrdə Etibar Məmmədov yoxdur. Bitib, çıxıb gedib”
"AzerTaym.az" bildirir ki, moderator.az-ın əməkdaşı Sultan Laçının ““Ümid” rəhbərinin bu fikirlərinə münasibətiniz necədir?” sualını AMİP lideri Etibar Məmmədov bu cür cavablandırıb:
“Deyib deyib də... İndi mən nə etməliyəm... O kimdir ki, mən onun sözünə münasibət bildirəm. “Öz liderini bir şilləyə satan adamın sözünə nə münasibət bildirəcəm...”
Ads by
Reklamınızı SmartBee ilə effektiv edin.