Bəzi məmurlar təxribatla məşğuldur: Meşə yanğınları da onların işidir – Sensasion İTTİHAMLAR

Müdafiə Nazirliyi yaxın zamanda müəyyən məlumatlar verəcək” - Üzeyir Cəfərov - Press.az

Məsuliyyətsiz məmurların, səriştəsiz icra strukturlarının təmsilçilərinin, o cümlədən vəzifəli şəxslərin bilərəkdən ölkədə narazılıq ab-havası yaratmaq istəyi hiss olunur”
 
"AzerTaym.az" bildirir ki,bu fikirləri Bakupost.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Qeyd edib ki, ölkənin baş naziri səviyyəsində vəziyyəti görüb, amma lazımi addımlar atılmırsa, bu, artıq məsuliyyətsizlikdir:
“Sonuncu dəfə Samuxda İcra Hakimiyyətinin qarşısında özünü yandıran qazi Təbriz Abdullayev, ondan öncə Sabirabadda özünü yandıraraq həyatına son qoyan qazi Elvin Cəfərov kimi oğullara qarşı laqeydlik gərginliyin ən pik həddidir. Gələn ay 44 günlük Vətən Müharibəsinin artıq 2 ili tamam olacaq. Bu iki il ərzində 10 minlərlərlə insan hələ də Müharibə Veteranı vəsiqəsini almayıb. Hörmətli baş nazir və onun komandası nəyi gözləyir? İnsanlar özünə qəsd, qanuna zidd addımlar atandan sonra hərəkətə gəlmək doğru deyil. Nazirlər Kabinetində oturanlar bu ölkədə yaşamırlar və görmürlər bu gərginliyi? 2 il az müddət deyil. Əgər onlar bu işə ən azından bir günü həsr etsəydilər, bu məsələni çoxdan həll etmək olardı. Deməli, belə çıxır ki, ya bilərəkdən, ya da bilməyərəkdən onlar bu məsələni həll etməməklə gərginliyin yaranmasında maraqlı görünürlər. Nazirlər Kabinetinin mətbuat katibi çıxıb desin ki, mən bunu təkzib edirəm. Amma fakt faktlığında qalır”.
Ekspert qeyd edib ki, 9 ildir hərbi qulluqçulara dövlət büdccəsindən ayrılan vəsait ayrı-ayrı məmur və şəxslər tərəfindən mənimsənilir:

“Baş nazir olaraq hər şeyə vaxtları çatır, günə 50 dənə sənəd hazırlayırlar, amma biz məsələ ilə bağlı dəfələrlə müraciət etmişik, hələ səs-soraq yoxdur. Eyni zamanda 9 ildir hərbi qulluqçuların ərzaq təminatı ilə bağlı müraciət edirik. Nazirlər Kabineti 9 ildir özünü görməzliyə və eşitməzliyə qoyub. Halbuki son dediyimiz məsələ son dərəcə ciddidir. Lakin Nazirlər Kabinetindən səs çıxmır. Niyə? Bəlkə özlərinin də marağı var, ona görə dillənmirlər. Biz bu məsələdə onsuzda geriyə çəkilməyəcəyik”.
 
Ü.Cəfərov ölkədə baş verən yanğınların məhz bu gərginliyin bir hissəsi olduğunu diqqətə çatdırıb:
“Ölkədə bu qədər yanğınlar baş verir. Məgər bu yanğınların hamısı təbii hadislərdir? Sözsüz ki, orada müəyyən təxribatlar var. Ola bilsin kimlərsə FHN-ni gözdən salmaq, yaxud kiminləsə ədavət aparmaq üçün bu işləri görür. Bir vətəndaş olaraq müşahidə edərək bunları görməmək mümkün deyil. Sonuncu dəfə Şabranda insanlar açıq şəkildə mətbuata bildirdilər ki, bizdə bunun təxribat olması ilə bağlı faktlar var. İsmayıllıda iki nəfər meşə yanğınlarını törədən şəxs kimi də saxlanıldı. Ümumi götürəndə çox gərginliklər var, sadaladıqlarım isə bir qismidir. Onsuz da kifayət qədər problemlər var. Bunların üzərinə digərlərinin əlavə olunması böyük problemlərin yaranması deməkdir”.






Fikirlər