Türkiyəli ekspertdən Azərbaycanın savaş taktikası haqqında HADİSƏ kimi AÇIQLAMA...

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq Azərbaycana qarşı hücuma keçincə Azərbaycan torpaqlarını qorumaq və işğal altındakı ərazilərini azad etmək üçün 44 gün davam edən, zəfərlərlə dolu bir hərəkətə keçdi. Bu əməliyyatın özəlliyi işğal altındakı torpaqları azad etmək və Qarabağı geri almaq idi".

Bunu Musavat.com-a Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.

68_b.jpg (20 KB)

"Bu savaş Azərbaycan xalqını millətləşdirdi, Azərbaycan dövlətçiliyinə çox önəmli töhfə verdi. 44 günlük müharibənin nəticəsi olaraq 10 noyabrda imzalanan sülh anlaşması bəlkə də istədiklərimizi tam olaraq qarşılamadı, amma Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə bütün dünya tərəfindən qəbul edildi və Azərbaycan dünyaya daha inamla baxma fürsəti qazandı. Yorulmadan, bütün imkanları səfərbər edərək Azərbaycan bölgədə öz ayaqları üzərində duran bir dövlət olaraq varlığını davam etdirəcək", - H.Oktay bildirib".






Fikirlər