“Soçi görüşündə məqsəd Azərbaycan və Ermənistanı Rusiyanın orbitində saxlamaqdır…”

“Soçi görüşündə məqsəd Azərbaycan və Ermənistanı Rusiyanın orbitində saxlamaqdır…”

“Problem ondadır ki, hazırda Rusiya regionda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı  nəsə etmək istəsə, buna imkanı olacaq, yoxsa yox…”  
 
“Moskva Ermənistanın Rusiya tərəfindən qorunan sərhədlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “sərhədi keçmə” hərbi ssenarisi ilə təlimlər keçirməsindən heç də məmnun deyil…”
 
“İndiki mərhələdə üçtərəfli Soçi görüşü haqda konkret nəsə söyləmək çətindir. Çünki prosesləri mürəkkəbləşdirən bir çox amillər mövcuddur. Əsas amil isə ondan ibarətdir ki,  bu saat Rusiyanın, daha doğrusu, Putinin vəziyyəti siyasi cəhətdən o qədər də yaxşı deyil”. 
 
Bunu Moderator.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov oktyabrın 31-də Rusiya dövlət başçısı V.Putinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçidə gözlənilən görüşü barədə danışarkən söyləyib.
 
“Problem ondadır ki, hazırda Rusiya regionda Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı  nəsə etmək istəsə, buna imkanı olacaq, yoxsa yox.  Bu məsələ sual altındadır.  Qarabağ, Ermənistan məsələləri ilə paralel İranın bölgədəki fəallığı eyni zamanda Rusiya üçün də əlavə problemlər yaradır. Yəni Moskva, o cümlədən Putin Ermənistanın Rusiya tərəfindən qorunan sərhədlərində İran İslam İnqilabı Keşikçiləri Korpusunun “sərhədi keçmə” hərbi ssenarisi ilə təlimlər keçirməsindən heç də məmnun deyil. Bundan əlavə, Ermənistanın İran və Hindistandan silah alması məsələsi də var. Bir sözlə, bir çox amil və proseslər mövcuddur ki, Rusiya artıq onlara qarşı müqavimət göstərmək imkanından məhrumdur… 
 
Bütün bunları düşünəndə Soçi görüşündən Ermənistanla sülh yaranması, Qarabağ məsələsinin yekun həlli istiqamətində hansısa konkret nəticə gözləmək qeyri-realdır. Amma bir məsələ aydındır ki, bu görüşdə Putinin əsas məqsədi Azərbaycan və Ermənistanı bütün mümkün vasitələrlə Rusiyanın orbitində saxlamaqdır”- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın






Fikirlər