Rauf Arifoğlu:“Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir”
“Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”. Musavat.com xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib. O, Xalq yazıçısının jurnalistə verdiyi cavabı qeyri-etik adlandırıb. Jurnalistin ünvanladığı sualda isə heç bir yanlışlıq olmadığını vurğulayıb: “Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsində idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.