Duqin Putini aradan götürməyi təklif etdi... - AĞLASIĞMAZ...

Duqin Putini aradan götürməyi təklif etdi... - AĞLASIĞMAZ...

 "Siyasətçilərin pıçıldadıqlarını ilk dəfə açıq səslə deyən o oldu..."

Duqin: "Yağış kralı" yağışlı mövsümdə nəmlik göndərməlidir. Əgər yağış yağmasa, padşah sadəcə öldürülür..."
 
Son illərin ən məşhur şovinist, imperiyaçı rus ideoloqu, Putinin sağ ideoloji əli sayılan Aleksandr Duqin Xerson və Rusiyanın onu təslim etməsiı haqqında qəzəbli çıxış edib.
 
Moderator.az "GORDON"a istinadla xəbər verir ki, bu haqda tanınmış Ukrayna siyasətçisi, jurnalisti, keçmiş Rada üzvü Vadim Denisenko özünün Facebook"səhifəsində yazıb. 
 
"Bir "əmma" olmasaydı, buna məhəl qoyulmaya bilərdi. De-fakto, Duqin Putinə xəbərdarlıq edir: ya vəziyyət yaxşılaşır, ya da Putin aradan götürülməlidir...
 
Duqinin bəyanatından tam sitatı gətiririk:
 
"Hakimiyyət. O, bunun üçün məsuliyyət daşıyır. Avtokratiyanın mənası nədir?  Bizdə məhz bu var... Biz hökmdara mütləq səlahiyyət veririk, o isə bizi- hamını - xalqı, dövləti,  vətəndaşları kritik anda xilas edir. Əgər o, bunun üçün ətrafını yaramazlarla əhatə edirsə və ya sosial ədalətə tüpürürsə, bu, xoşagəlməzdir. Amma deyirik ki, təki bizi xilas etsin... Bəs əgər xilas etmirsə?  O zaman "Yağışlar kralı"nın taleyini yaşamalıdır (bax: Frezerin əsərləri) . Frezerdə: "Yağış kralı" yağışlı mövsümdə nəmlik göndərməlidir. Əgər yağış yağmasa, padşah sadəcə öldürülür"- Putin ideoloqunun fikirlərini  təqdim edən keçmiş deputat bu barədə öz ətraflı şərhini də verir(bax://www.facebook.com/vadym.denysenko.1/posts/5753757587978336).
 
Zəruri izahat:
 
Duqinin istinad etdiyi Ceyms Frezer(1854-1941) Məşhur Britaniya, İngilis dinşünas, antropoloq, etnoloq, kulturoloq, folklorşünas və din tarixçisidir...
 

 

Sultan Laçın






Fikirlər