RUSİYA ÖZ AGENTURASINI QARABAĞA YIĞIR – Sarkisyan bir foto ilə hansı mesajları verir?

Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan rəsmi "İnstaqram" səhifəsində Qarabağdakı separatçı cinayətkar rejimin əvvəlki liderləri -Bako Saakyan, Arkadi Qukasyan, Pargev Srbazanla birgə fotosunu yayıb. O, Qarabağda çəkdirdiyi fotonu “dostlarla” qeydi ilə paylaşıb.

Rusiyanın Qarabağda Azərbaycanın suverenliyinə qarşı fəallaşdığı dövrdə Putinin Ermənistandakı əsas adamlarından biri olan Sarkisyanın belə poz verməsi təsadüfi deyil. Onu əhatə edən separatçı cinayətkarların da Kremlin əlaltıları olduğunu nəzərə alsaq, bu görüntü Putinin milyarder Ruben Vardyan planının icrasına dəstək xarakteri daşıyır. Moskva Vardanyanı Xankəndində möhkəmləndirmək məqsədi ilə Ermənistandakı siyasətçiləri, təsir agentlərini bir araya gətirir. Çox güman, yaxın günlərdə onun ətrafında Ermənistandan, Rusiydan, Fransadan olan başqa separatçıları və onların hamilərini də görəcəyik.

Putinin məqsədi aydındır: Vardanyan Qarabağdakı hərbi xuntanı daha cazibədar hala gətirməli, bölgədə iqtisadi dirçəlişə nail olmalı, bununla bərabər bölgənin Azərbaycanın suverenliyindən de-fakto uzaqlaşdırılmasına çalışmalıdır. Oktyabrın 30-da Xankənində keçirilən mitinqlə ilk addım atılıb. Hazırda Rusiya mətbuatında Vardanyanın piarı aparılır, qəzetlər, TV-lər ondan müsahibələr almaq üçün sıraya düzülüb.

Sarkisyan və separatçı cinayətkarlar da Vardanyan komandasının üzvləridir, onun gələcək "hökumətində" təmsil olunub-olunmamalarından asılı olmayaraq, Kremlin Qarabağdakı planlarında böyük şövqlə çalışacaqlar. Bunun səbəbi təkcə Rusiyaya sədaqət, Azərbaycana nifrətlə bağlı deyil. Bu birlik həm də Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı yönəlib. Məlumdur ki, R.Vardanyan oktyabrın 17-də Rusiyanın "Kommersant" nəşrinə müsahibəsində bildirib ki, gələcək planı Ermənistanda siyasi hakimiyyət olimpinə yüksəlməkdir

 

 

Ad - 00:08

 

Əlbəttə, həm 2018-ci ildə iqtidardan devrildikdən sonra İrəvanda bütün siyasi imkanlarını itirən Sarkisyan, hə də heç şübhəsiz digər eks-prezident Robert Koçaryan da Rusiyanın bu planına Paşinyandan qisas üçün fürsət kimi baxır. 

 

Azərbaycan Moskvanın bu planlarına mane olmaq üçün hansı addımlar ata bilər? 

Noyabrın 8-də Prezident İlham Əliyevin Şuşada verdiyi bəyantda rəsmi Bakının "yol xəritəsi" elan olunub. Prezident bəyan edib ki, Qarabağdakı separatçılar və Ermənistan hakimiyyəti kənar dəstəklərdən ümidlənməsinlər. Azərbaycan revanş cəhdlərinə imkan verməyəcək və adekvat tədbirlər görəcək. 

Bu bəyanatdan iki gün sonra Ermənistanın Baş naziri hökumətin iclasında deyib ki, Azərbaycan Laçın dəhlizini bağlamaq və "erməni əhalini soyqırım" etmək istəyir. Əlbəttə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, erməni əhaliyə qarşı hər hansı güc tətbiqindən söhbət gedə bilməz. Amma bölgədə silahlı quldur dəstələri və onları idarə edən şəxslər Azərbaycan üçün legitim hədəflərdir. Əgər öhdəliklər yerinə yetirlməzsə, gərəkən addımlar təxirəsalınmadan atılacaq. Ekspertlər bildirirlər ki, Xankəndindəki rejimi boğmaq üçün Bakının güc tətbiqinə də ehtiyac yoxdur. Laçın dəhlizini bağlamaq və oradan keçən infrastruktur xətlərini bloklamaq kifayətdir ki, Rusiyanın Qarabağdakı yeni planları asanlıqla suya düşsün. "AzPolitika.info"

 

 






Fikirlər