Yolkəsən Azərbaycandır, yoxsa SİZ?!

Xarici siyasət idarəmiz bu dəfə də Estoniyadakı həmkarlarını başa salmağa cəhd göstərib. Kanada və Litvanın ardınca indi də Estoniya XİN Qarabağdakı ermənilərin vay-şivəninə qoşulub. Azərbaycan 31 ildir müstəqildir, Dağlıq Qarabağdakı qondarma rejimin ləğvinin də yaşı o qədərdir, amma hələ də dost dediklərimizə başa sala bilmirik ki, “Dağlıq Qarabağ” yox, Qarabağ!!! Məşhur tamaşada mərhum aktyorumuz deyir e: “Subbotta!!!” Az qalır adam məhz o şəkildə qışqırsın...

Amma bu diplomatiyadır, qışqırığa yer yox. Sadəcə, dayanmadan, usanmadan işləmək lazımdır. Özü də fikrimcə, ritorikanı dəyişməkdə fayda var. Bəli, etirazımız olmalıdır, bu mənada XİN-in operativ, tutarlı reaksiyası normaldır. Lakin nə vaxta qədər ölkələrə əlifbanın “a”sını tədris edəcəyik? Qardaş Türkiyə qəti şəkildə elan etdi ki, bundan sonra beynəlxalq miqyasda adı Turkey yox, Turkiye yazılmalıdır, vəssalam! Niyə dünyanın hansısa ölkəsi Türkiyə XİN-i hövsələdən çıxaran addım atmır? Deməli, nələrsə etməmişik...

Etiraz etmək haqqımızdır. Amma bəzən aşırı etiraz arada soyuqluğu artırır. Bizimsə düşmənləri dosta çevirməyimiz lazımdır, əməkdaşlıq etdiyimiz ölkələri özümüzdən uzaqlaşdırmamalıyıq, bu, ancaq düşmənin işinə yarayar. Azərbaycan hər gün bir ölkəyə etiraz notası ünvanlayanda, yaxud etiraz mövqeyini ictimailəşdirəndə Ermənistanın xəstə rəhbərliyi bir az sevincək olur, düşünür ki, aha, Bakıya qarşı təzyiqlərin miyyası genişlənir, bir az da vaxtı uzatsaq, sonda biz deyən olacaq. Ona görə də bəlkə elə bu kimi məsələlərin, etirazların konfidensial şəkildə icra olunması ümumi işə daha çox fayda verərdi.

Aksiya bu gecə də davam etdiriləcək | KONKRET

Kanada, Litva və Estoniyanın Bakıdakı səfirləri XİN-ə çağırılıb, onlara eyni məzmunlu etiraz və etiraz məktubuna əlavə olaraq Qarabağ İqtisadi Rayonunun toponimlər xəritəsi təqdim olunubmu? Mən belə bir məlumata rast gəlməmişəm. Ümumiyyətlə, indiyədək bu məsələ ilə bağlı Bakıdakı diplomatik korpusla XİN-də toplantı keçirilbmi? Prezident köməkçi si səviyyəsində belə toplantıların təşkil olunması çox yaxşı haldır və bu, ümummilli maraqlarımızın müdafiəsi baxımından önəmlidir. Yaxşı olardı ki, Azərbaycanın xarici siyasət məsələsi milli toponimlərimizlə bağlı məsələni kökündən həll etməkdən ötrü səfirliklərlə ya ümumi, ya da fərdi qaydada görüşlər təşkil edəydi. Qoy həmin diplomatlar Azərbaycanın etirazını və xahişini bəribaşdan öz ölkələrinə çatdırsınlar ki, məsələ etiraz notası səviyyəsinə qalxmasın. Birdəfəlik protokal salsınlar ki, “Dağlıq Qarabağ” yox, QARABAĞ!

Ötən həftələrdə Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə eyni məzmunlu etirazlar ünvanlayırdı. Belə etirazlar təqribən bir həftə davam etdi, “Stepanakert” yox, Xankəndi! “Dağlıq Qarabağ” yox, Qarabağ!” deyildi. Amma nəticəsi?

Virtual Qarabağ - Xankəndinin işğalından 28 il ötür

Hər gün Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatında eyni “səhv” - əslində milli heysiyyatımızla oynama – təkrarlanır. Deməli, etirazımız ünvanına çatmayıb, yaxud eşitməzliyə vurublar. Onda biz də başlayaq: “Rusiyanın Leninqrad şəhərində...”

Rusiya rəhbərliyi vaxtaşırı deyir ki, sərhədlərin dəqiqləşməsi prosesi Baş Qərargahdakı xəritələrə uyğun şəkildə həyata keçiriləcək. Bunlar hələ bizim inzibati ərazi bölgümüzə, milli toponimlərimizə hörmətlə yanaşmırlar, o halda delimitasiya və demarkasiya prosesində təqdim edəcəkləri xəritələrdən nə gözləmək olar?! Düzdür, bu gün Avropa ölkələri, o cümlədən Litva və Estoniya kimi keçmiş “sovet qardaşı” bu gün Rusiya ilə düşməndir. Amma ermənilərin maraqları baxımından Rusiya ilə eyni sözü deyir. Ola bilməz ki, bu ölkələrdə də erməni diasporu, ya erməni lobbisi Fransadakı kimi ciddi söz sahibdiir. Sadəcə hardasa boşluqlarımız var. İstisna deyil ki, bir çox ölkələr elə “Dağlıq Qarabağ” yarlığını işlədərkən Rusiya Müdafiə Nazirliyinin, Rusiyanın Qarabağdakı hərbi kontingentinin yaydığı məlumatlara istinad edirlər, yəni “kopirovat” edirlər...Deməli, ilk öncə özünü “sülhməramlı” adlandırıb, hərbçilərini Qarabağa yeritmiş Rusiyanın Qarabağ deməsinə, yazmasına nail olmalıyıq! Azərbaycanın Rusiyadakı səfiri cənab Polad Bülbüloğlu bu istiqamətdə hansı addım atıb, maraqlıdır. Həmçinin Litva və Estoniyadakı diplomatlarımız...

Dağlıq Qarabağ separatçılarının növbəti iflası - "İki sahil"

Azərbaycanın Qarabağ bölgəsindəki sərvətlərinin talanına qarşı Laçın yolunda artıq 9-cu gündür dinc aksiya keçirilir. Bir neçə dost ölkəni çıxmaq şərtilə az qala bütün dünya hay-haray salıb ki, Qarabağ erməniləri məhv olıur, humanitar fəlakət yaşanır, daha nələr. Sanki gözləri kordur, görmürlər ki, Rusiya hərbi karvanı Xankəndidən Gorus istiqamətə, yaxud əksinə hərəkət edir. Heç Rusiya da reallığı söyləmir, adamı yandıran budur. Ancaq rəsmi məlumatlarında yazır ki, “Stepanakert-Qoris (!!!) yolunun açılması istiqamətində danışıqları davam etdidirik! Bu qədər qırmızısifətlilik olarmı? Sanki neçə gündür Laçın yoluna beton sədlər çətən, hərbi maşınlar düzən, ətdən çəpər çəkən Rusiyanın yox, Cübutinin hərbi kontingentiymiş. Sanki dünən Laçın yolundan aparılan BTR ekofəalların istifadəsində olan şəxsi minik avtomobiliymiş. Başqa bir məsələ...Erməni separatçılarının vay-şivəninə “züy” tutan denya paytaxtları nədənsə erməni və rus ailələrinin aksiyaçıların qarşısından keçib, yollarına davam etməsini görməzdən gəldilər. Bircəciyinin vicdanı olmadı ki, desin Azərbaycana təşəkkür edirik, Qırmızı Xaş Cəmiyyətinin maşın karvanının Xankəndiyə sərbəst girişinə, Xankəndidən səxtələrin İrəvana aparılmasına hər hansı maneçilik olmayıb. Heç olmasa bu faktlara kor olmasaydılar, adamı yandırmazdı.

İkinci Qarabağ müharibəsinin birinci ildönümü: ötən müddət ərzində nə dəyişib? - BBC News Azərbaycanca

Amma bilməliyik ki, ədalətsiz dünyada yaşayırıq. Bunlar idi bizim 30 il ərzində Qarabağa gedən yolumuzu kəsənlər, indi Azərbaycana “yolkəsən” deyirlər, utanmazcasına! Ermənilərin Gorusa rahat gedib-gəlmələri üçün alternativ, rahat yol çəkən Azərbaycana! Azərbaycanın çörəyinin duzu yoxdur, nə edək? Quba yolunu hələ başa çatdıra bilməmişik, amma qısa müddətdə Qarabağ erməniləri üçün rahat yol çəkdik, əvəzində adımızı “yolkəsən” qoydular. Beynəlxalq miqyasda vicdansız münasibətlə üz-üzəyik. Amma ruhdan düşməməli, yolumuza davam etməliyik!  Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran... üçrəngli bayrağımızın həsrətindədir!






Fikirlər