Naxçıvana rəhbərliyi o edəcək ...

Naxçıvana rəhbərliyi o edəcək

Vasif Talıbovun istefasından sonra Muxtar Respublikaya Ali Məclis sədrinin müavini Azər Yadulla oğlu Zeynalov rəhbərlik edəcək.

“Yeni Sabah” bildirir ki, 29 dekabr 1998-ci ildə qəbul olunan Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini itirdikdə müəyyən edilmiş müddətdə yeni sədr seçilənə qədər onun səlahiyyətlərinin icrası Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, o da olmadıqda müavini tərəfindən yerinə yetirilir.

 

Bildirək ki, V. Talıbovun birinci müavini AM üzvü Azər Yadulla oğlu Zeynalovdur. Yeri gəlmişkən, onun Naxçıvanda “boz kardinal” adlandırılması haqda internet mediada xəbərlər mövcuddur.

  

 






Fikirlər