“Bu aksiya Azərbaycanın Laçın yolunu tam öz nəzarətinə götürməsi ilə yekunlaşmalıdır...”

“Bu aksiya Azərbaycanın Laçın yolunu tam öz nəzarətinə götürməsi ilə yekunlaşmalıdır...”

“İlk əsas nəticə isə ondan ibarətdir ki, artıq “sülhməramlı”ların Laçın yolunu bağlı saxlaması nəticəsində Rusiya ilə Ermənistan arasında münaqişə vəziyyəti yaranıb...”
 
Ad - 00:04

 

“Təbii ki, əgər nəticə olmasa, həmin aksiyanın keçirilməsinin bir əhəmiyyəti olmazdı. İlk əsas nəticə isə ondan ibarətdir ki, artıq “sülhməramlı”ların Laçın yolunu bağlı saxlaması nəticəsində Rusiya ilə Ermənistan arasında münaqişə vəziyyəti yaranıb. Paşinyan Kremli Rusiyadan tamamilə ayrılmaqla hədələyir. Və ona görə də Laçın yolunun birbaşa Azərbaycan dövlətinin nəzarətinə keçməsi ehtimalı var”.
 
Milli İstiqlal partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a Azərbaycan eko-fəallarının Laçın-Şuşa-Xankəndi yolunda artıq ikinci aydır davam edən məlum etiraz aksiyasının bu günədək baş vermiş və qarşıda gözlənilən nəticələri haqda danışarkən  belə deyib.
  
“Ümumiuyyətlə, Qarabağ ərazisi bütövlükdə Azərbaycanın öz hüquqi ərazisi olduğu üçün orada istənilən nəzarət,  yoxlama və monitorinqlərin  keçirməsi bir dövlət olaraq onun hüququdur. Sadəcə, indi ermənilər Rusiya “sülhməramlı”larını ittiham edirlər ki, Laçın yoluna nəzarəti bərpa edə bilmədiklərindən yol bağlı qalıb. Azərbaycan tərəfi də haqlı olaraq rusları ittiham edir ki, qanunsuz erməni silahlı birləşmələri öz ərazisindəki yataqlarda monitorinq keçirməsinə mane olurlar, “sülhməramlı”lar da bunun qarşılığında heç bir tədbir görə bilmir. Amma, fikrimcə, bu böhran gec-tez başa çatmalı və Azərbaycanın Laçın yolunu tam olaraq öz nəzarətinə götürməsi ilə yekunlaşmalıdır”-deyə istiqlalçı deputat vurğulayıb.
 
Sultan Laçın






Fikirlər