Tofiq Yaqublu AZADLIĞA ÇIXDI...

Tofiq Yaqublu azadlığa çıxdı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu azadlığa buraxılıb.

 

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Tofiq Yaqublu ötən il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı 30 sutka müddətinə inzibati qaydada həbs olunmuşdu. O, həbs müddətində aclıq aksiyası keçirirdi və xəstəxanaya yerləşdirilmişdi. 






Fikirlər