Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı

Putin Təhlükəsizlik Şurasının iclasını çağırdı 

Rusiya prezidenti Vladimir Putin cümə günü Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüş keçirəcək. 

 Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov jurnalistlərə deyib: "Prezident Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. Əgər prezident özü mövzu təyin etmək qərarına gəlsə, sizə məlumat verəcəyik". 

D.Peskov onu da deyib ki, Rusiya prezidenti Dövlət Dumasının fraksiya rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırır. 

"Hazırda fraksiyaların (Dövlət Dumasının) rəhbərləri ilə ayrı-ayrı görüşlər hazırlanır və bu görüşlər baş tutduqca, məlumat verəcəyik". 

 

Peskov bu görüşlərin vaxtını dəqiqləşdirməyib. /Yenisabah.az 

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 






Fikirlər