Bəxtiyar Hacıyevin videosunu KİM YAYIR?!

Bəxtiyar Hacıyev: Azərbaycan, insan haqqları və Qərb - YouTube

İctimai fəal Bəxtiyar Hacıyevin “Telegram” şəbəkəsində yeni videosu yayılıb. Görüntülərdə onun müxtəlif dövrlərə aid mesajları, açıq-saçıq fotoları və səs yazıları öz əksini tapıb. 

"AzerTaym.az" yenisabah.az-istinadən xəbər verir ki, ortaya çıxan bu görüntlər sosial şəbəkələrdə ciddi müzakirə olunub.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti bunu şəxsi həyata müdaxilə kimi qiymətləndiriblər. Onların fikrincə, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, heç bir vətəndaşın şəxsi həyatına aid məlumatlar ictimailəşdirilə bilməz. 

Müzakirəyə qoşulan insanlar bu cür kampaniyaların həm qanunlara, həm də Azərbaycanın xalqının mental dəyərlərinə zidd olduğunu bildirirlər.

Qeyd edək ki, B.Hacıyevlə bağlı məlum vieolar dünən günün ikinci yarısından sonra ictimailəşdirlib. Onun yazışmalarının, habelə yarıçılpaq şəkillərinin kim tərəfindən yayıldığı məlum deyil.






Fikirlər