Məşhur YAP-çıdan sərt sözlər: “Abır-həya yaxşı şeydir...”

Məşhur YAP-çıdan sərt sözlər: “Abır-həya yaxşı şeydir...”

“Yeni Sabah” xəbər verir ki, bunu məşhur YAP-çı Musa Musayev deyib.

Prezident İlham Əliyevə təşəkkür edən M. Musayev qeyd edib ki, ölkə başçısı Qərbi Azərbaycana Qayıdış məsələsini gündəmə gətirdikdən sonra Qərbi Azərbaycana Qayıdış İcması fəaliyyətə başlayıb. “Mən də bir Nüvədili kimi bu məsələni dəstəkləyirəm və ikiəlli alqışlayıram” deyən keçmiş deputat bəzi məsələlərdən narahatlığını da dilə gətirib:

“Lakin son günlər bu məsələ ilə bağlı ən çox canfəşanlıq edən bəzi mənim də yaxşı tanıdığım “qərbi azərbaycanlılar”, ömründə bir dəfə o torpaqlara ayaq basmayan və bir günün içərisində doğma dədə baba yurdlarını 1988-ci ildə erməniyə heç bir müqavimət göstərmədən dabanına tüpürüb Bakıya qaçanlardılar.

Bu şəxslər görəsən, boş vaxtlarında özlərinə sual edirlərmi ki, 35 illik qaçqınlıq dövründə haçan Qərbi Azərbaycan məsələsi barədə danışıblar və yaxud yazıblar? 

Hansı Qərbi Azərbaycanlının xeyrinə-şərinə yarıyıblar? 1987-1993-cü illər ərzində Qərbi Azərbaycanlıların fəxri və dayağı olan Heydər Əlirza oğlu Əliyevə hücumlar olanda harada gizlənmişdiniz? 

Nə oldu birdən-birə bu tip adamlarda “vətənpərvərlik” eşqi yarandı? Dünənə qədər heç kim bilmirdi ki, filankəs Qərbi Azərbaycanlıdır, indi olub qərbi azərbaycanlı? Vallah ayıbdır! Onların bəzilərini görəndə mən xəcalət çəkirəm. Abır həya yaxşı şeydir. Təsadüfi adamları icmaya yaxın buraxmayın, hörmətdən salmayın. Elə etmək lazımdır ki, bu məsələnin uğurlu sonluğu olsun”.






Fikirlər