Əmir Musa: Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirir
“Prezident Heydər Əliyevin geniş bilik və təcrübəsindən, analiz qabiliyyətindən, Afrika, Yaxın Şərq regionlarında baş verənlərdən dərindən xəbərdar olmasından təsirlənmişdim.” Bunu Heydər Əliyev Mərkəzində keçirilən "Heydər Əliyev 100: Həyatı və irsi" adlı tədbirdə Ərəb Liqasının keçmiş baş katibi Əmir Musa çıxışında deyib. Əmir Musa qeyd edib ki, Heydər Əliyevin əməkdaşlığın genişlənməsinə, regional əlaqələrin inkişafına, Qafqazda iqtisadi inkişafa və sabitliyə töhfəsini yüksək qiymətləndirir. O deyib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və müstəqil və suveren ölkə inkişaf edir. "Mən bu ölkənin uğurlu gələcəyinə və inkişafına əminəm və inanıram ki, bu yol davam edəcək".