DƏHŞƏT: Partiya sədrinin müavini sevgilisi tərəfindən güllələndi – FOTO
Türkiyənin Sakarya vilayətində “Gələcək Partiyası İstanbul İl Qadın Qolları”nın sədr müavini Əminə Ercandoğdu təqaüdçü polis Tuncay Güleç tərəfindən öldürülüb. Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra oğlunun məzarına gedən Tuncay Güleç intihar edib. 38 yaşlı Əminə Ercandoğdunun Tuncay Güleçlə 3 il əvvəl Ədliyyə binasında tanış olduğu öyrənilib. Ərəbcə tərcüməçi olan Əminə Ercandoğdu həm də qara kəmərli kikboksçu və fitnes təlimatçısı olub. Onun 10 il əvvəl ayrıldığı həyat yoldaşından 10 və 12 yaşlı iki övladı olub. 55 yaşlı Tuncay Gülençin də 2 övladı var idi və həyat yoldaşı ilə boşanma prosesində idi. 3 ildir birlikdə yaşayan Gülenç və Ercandoğdu son zamanlar aramsız şəkildə dava edirmiş. Son olaraq cütlük Sakaryadakı bağ evinə yollanıb. Burada başlayan mübahisə zamanı Tuncay Güleç Əminə Ercandoğduya atəş açıb. Daha sonra avtomobilinə minərək ötən il yol qəzasında dünyasını dəyişən oğlunun məzarına gedən Tuncay Güleç orada həyatına son qoyub. Təqaüdçü polis Tuncay Güleçin oğlunun ölümündən sonra psixologiyasının normal durumda olmadığı da öyrənilib.