“Zoddakı sonuncu qanlı təxribat da bu məqsədi həyata keçirmək üçün təşkil olunub...”

“Zoddakı sonuncu qanlı təxribat da bu məqsədi həyata keçirmək üçün təşkil olunub...”

“Kreml artıq o vəziyyətdə deyil ki, kiməsə havayı nəsə versin...”
 
“Əslində bu dəfəki təxribatdan Moskva və İrəvan birlikdə qazanmağa çalışır. Bilirsiz,  bir neçə ay öncə Ermənistanın Qərbə böyük ümidi var idi. Yəni hesab edirdilər ki, Amerika, yaxud Avropa gəlib onları qoruyacaq. Keçən ilin payızında Avropa Birliyinin missiyasını Azərbaycanla sərhədə gətirdilər. Və nəhayət, Paşinyan bir neçə gün öncə dedi ki, həmin missiyadan heç bir fayda yoxdur. Onun ardınca isə dərhal bildirdi ki, əgər Rusiya öz təklifini  yenidən versə, biz ona dəstək verəcəyik”. 
 
Bu fikirləri keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında “Deyirik ki, Ermənistan sərhəddə növbəti təxribat törədib: bəs bu təxribatdan Ermənistan çox qazanır, yoxsa Rusiya?” sualını cavablandırarkən ifadə  edib.
 
“Yadınızdadırsa, Putin ölkə başçılarının sonuncu Soçi görüşündə dedi ki, Moskva planı var, Vaşinqton planı var; əgər Vaşinqton planınızı istəyirsizsə, onunla gedin. Buna cavab olaraq cənab Prezident İlham Əliyev bəyan etdi ki, Azərbaycan üçün Qarabağ  məsələsi öz həllini tapıb  və biz onu birdəfəlik bağlamışıq... İndi isə Ermənistan yenidən Kremlə üz tutub. Paşinyan Putinin sonuncu 9 may paradına qatılıb və onunla görüşüb hansısa danışıqlar aparıb. İrəvanın bunlarda məqsədi Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin missiyasının gəlməsinə nail olmaqdır. Zoddakı sonuncu qanlı təxribat da məhz bu məqsədi həyata keçirmək üçün təşkil olunub. Əslinə qalsa,  ermənilər bununla həm də hiyləgərlik edirlər, bilmək istəyirlər ki, KTMT doğrudan da Ermənistana köməyə gələcək, ya yox...” 
 
Politoloq hesab edir ki, bu dəfə də Ermənistanın Kremlə yönəlik ümidləri boşa çıxacaq. 
 
“Artıq dünyada o, ölkə qalmayıb ki, Ermənistan ona deməsin ki, gəlin bizə kömək edin... Paşinyan artıq ikinci dövrə dolanıb gəlir Rusiyanın yanına... Amma yenə bir şey alınmayacaq. Birincisi, Rusiya qoşunu onsuz da əvvəldən Ermənistanda var; ordu da, sərhəd qoşunları da. Azərbaycanla sərhədin müəyyən yerlərində də rusların postları var. Digər tərəfdən, Qarabağda sülməramlılar var. İkincisi isə, əsas məsələ ondan ibarətdir ki, hələ Ermənistanla Azərbaycan arasında sərhədlər konkret müəyyənləşdirilməyib axı, delimitasiya, demarkasiya olunmayıb. İndi erməni ordusu gəlib bir yerdə durur, deyir ki, bura mənim sərhədimdir və Rusiya ordusu da gəlib orada dayanıb Ermənistanı qorumalıdır. Siz rəsmən Azərbaycanın ərazi bütövlüyünü, sərhədini tanımırsınızsa, biz niyə sizin müəyyənləşməmiş sərhədi tanımalıyıq? Digər tərəfdən, Ermənistan ordusunun bir hissəsi hələ də Qarabağda, yəni Azərbaycan ərazisindədir. Deməli, belə çıxır ki, əslində Ermənistan Rusiyaya “gəl məni qoru” yox, gəl mənim işğalçı siyasətimə dəstək ver!” deyir. Onların Moskvadan xahişi budur. Amma ruslar da indiki geo-siyasi durumda buna getmək istəmir... Ümumiyyətlə, hələ 2020-ci il savaşından əvvəlki illərdədə də dediyim kimi, son onilliklərdə, xüsusən də Ukrayna müharibəsindən də öncə Ermənistan Rusiya üçün əvvəlki strateji əəhəmiyyətini itirib. Və Kreml artıq o vəziyyətdə deyil ki, kiməsə havayı nəsə versin”- deyə sabiq baş diplomat vurğulayıb.
   
Sultan Laçın






Fikirlər