Muharrem İnce sirləri açdı: “Porno kasetdəki çılpaq kişi...”
Mayın 10-da namizədliyini geri götürən Türkiyənin "Məmləkət" Partiyasının sədri Muharrem İnce bu gün xanımı ilə birlikdə Ankarada səs verib. Yenisabah.az-ın məlumatına görə, siyasətçi səsvermə prosesindən sonra jurnalistlərin suallarını cavablandırıb. Keçmiş prezidentliyə namizəd deyib ki, FETO-nun iftira və şantajına məruz qaldığı üçün namizədliyini geri götürüb: "Əlli gün ərzində dayanmadan mənə şər atdılar. Amma geri çəkilmədim. Sonra ortaya saxta kaset çıxardılar. Bunun gerçək olmadığını polis rəsmiləri də təsdiqlədi. İsrailin porno saytlarından kadrları götürüb mənim başımı ora yapışdıraraq, iyrənc bir şey hazırlayıblar. Bunun arxasında FETO dayanır. Hamı bilir ki, porno kasetdəki çılpaq kişi mən deyiləm. Bu adamlar mənim şərəfimlə oynadılar". Siyasətçi deyib ki, ona qarşı bu iyrənc hərəkəti edən adamları bağışlamayacaq: "Polis və prikurorluq hərəkətə keçib. Artıq 17 nəfər saxlanılıb. Yeni həbslər olacaq. Nəinki bu saxta görüntüləri paylaşan adamlardan, hətta həmin saxta görüntüləri sosial şəbəkə hesabında paylaşan şəxslərdən də şikayətçiyəm. Onların arasında keçmiş dostlarım, partiyadaşlarım da var. Heç birini bağışlamayacağam".