“Qarabağ Bakıya verilir və Bakının digər şərtləri də yerinə yetiriləcək” - Oskanyan

“Qarabağ Bakıya verilir və Bakının digər şərtləri də yerinə yetiriləcək” - Oskanyan

“Nikol Paşinyanın Ərdoğanın andiçmə mərasimində iştirakı Ermənistanda və diasporda geniş dairələrdə təəccüb və qəzəbə səbəb olub. Düzünü desəm, o səfər məni nə təəccübləndirdi, nə də qəzəbləndirdi, çünki Ankarada Paşinyan erməni xalqını yox, özünü təmsil edirdi. O, hətta özünün bütün partiyasını və ya bütün hökuməti təmsil etmədi, çünki heç kim məni inandıra bilməz ki, orada onun iştirakına qarşı olmayacaq adamlar yoxdur”.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bu barədə özünün Facebook səhifəsində yazıb.

O daha sonra bildirib:

“Onun Ankaraya hansı dəyərləri tapdaladığı sualının emosional və mənəvi tərəfini bir kənara qoyacağam, siyahı çox uzundur. Mən məsələni yalnız siyasi və diplomatik baxımdan təqdim edəcəm.

Paşinyan bu səfəri ilə diplomatiyadan uzaq olduğunu bir daha göstərdi. Mən tez-tez demişəm və təkrar etməkdən də çəkinməyəcəyəm ki, əgər onun minimal diplomatik bacarığı olsaydı, biz ilk növbədə müharibədən qaçardıq və bu gün Dağlıq Qarabağın bütün ərazisi, 20 km-lik Laçın dəhlizi olan Qarabağa malik olardıq.

Paşinyan anlamırdı ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi baxımından Türkiyəni özünə cəlb edə bilməz. Türkiyə məqsədəuyğun hesab etdiyi zaman addımını atacaq. Üstəlik, Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulmasının açarı Bakıdadır. İndi Qarabağ Bakıya verilir və Azərbaycanın digər şərtləri də tezliklə yerinə yetiriləcək, Türkiyə səfər edib-etməməsindən asılı olmayaraq sərhədi açacaq.

Burada Paşinyanın ləyaqət problemi də var. Ərdoğan sözün həqiqi və məcazi mənasında təkcə erməni xalqını deyil, Paşinyanın özünü də təhqir edib.

Ermənistanla Türkiyə arasındakı münasibətləri, məsələn, Fransa və Yunanıstanın bu ölkə ilə münasibətlərindən daha vacib hesab etmək olmaz. Ancaq mən hesab edirəm ki, nə Makron, nə də Mitsotakis o mərasimdə iştirak etmədilər, həm də ona görə ki, Ərdoğan onları şəxsən təhqir edib.

Doğru olan getməmək idi. Əgər bütün erməni xalqı arasında bu səfərdən zərər görəcək bir nəfər olsaydı, getməyə ehtiyac yox idi, çünki getməməklə itirəcəyimiz heç nə yox idi”./Konkret.az






Fikirlər