ABŞ: Bakı və İrəvanı birgə işləməyə dəvət edirik
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller növbəti brifinqdə son günlər Azərbaycanın Ermənistanla sərhəddə atəşkəs rejimini pozması mövzusuna toxunub. Yenisabah.az xəbər verir ki, o, Birləşmiş Ştatların mövcud vəziyyətdən narahat olduğunu vurğulayıb. Miller bildirib: “Biz hər iki tərəfi fikir ayrılıqlarını aradan qaldırmaq üçün birlikdə işləməyə təşviq etməyə davam edirik. Bildiyiniz kimi, biz razılığın əldə oluna biləcəyinə inanırıq və hər iki tərəfi irəliləməyə inandırmağı səbirsizliklə gözləyirik”.