ABŞ-İran münasibətlərində növbəti mərhələ: Sanksiyalar ləğv olunur?
Avropa Birliyi tərəfindən İranla nüvə anlaşmasının möhkəmləndirilməsi üçün yaradılan nümayəndə heyətinin rəhbəri Enrique Mora gələn həftə keçiriləcək görüş zamanı razılığın əldə edilə biləcəyini açıqlayıb. Dünən axşam verilən açıqlamada Mora, ABŞ-İran danışıqlarının beşinci raundunun başa çatdığını diqqətə çatdırıb. O, növbəti mərhələdə razılığa gələcəklərindən əmin olduğunu vurğulayıb. Lakin 2015-ci ildə imzalanan İran nüvə sazişinin tərəfləri olan İngiltərə, Fransa və Almaniyadan olan yüksək diplomatlar məsələyə Mora qədər nikbin yanaşmır. E3 kimi tanınan ölkələrin diplomatları tərəfindən verilən açıqlamada, "Biz irəliləməyə davam etdik və əldə ediləcək razılaşmanın əhəmiyyətli hissələri formalaşdı, ancaq ən çətin qərarlara hələ növbə çatmayıb. Burada bütün məsələlərdə razılığa gəlmədən heç bir anlaşma əldə olunmamışdır prinsipi ilə hərəkət edirik”,-ifadəsinə yer verilib. Yenisabah.az