Dünyanın böyük gücləri ABŞ-a qarşı birləşir - İNSTEX İŞƏ DÜŞÜR
Avropa İttifaqı, Fransa, Almaniya və İngiltərə ABŞ-ın İrana neft ixracı ilə bağlı tətbiq etdiyi sanksiyaları qınayıb. Publika.az-ın məlumatına görə, bu ölkələr İrandan güzəştli şərtlərlə neft alan ölkələrə imkan tanınmaması və İranın mülki nüvə fəaliyyətini hədəfləyən sanksiyalarla bağlı ortaq açıqlama verilib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini, Fransanın Xarici işlər naziri Yean-Yves Le Drian, Almaniyanın Xarici işlər naziri Heyko Maas və İngiltərənin Xarici işlər naziri Ceremi Hantın imzasını daşıyan açıqlamada ABŞ-ın sanksiyalarının təşviş və kədər yaratdığı bildirilib.
Nüvə sahəsindəki sanksiyaların ləğv edilməsinin İranla razılaşmada əhəmiyyətli bir ünsür olduğuna işarə verilib. İranın nüvə razılaşmasının məqsədinə uyğun istiqamətdə davam etdiyi, razılaşmanın Yaxın Şərqdə sabitliyi və təhülkəsizliyi artırdığı vurğulanıb. Həmçinin qeyd olunub ki, nüvə razılaşması tərəfdarı olan ölkələr İran ilə maliyyə və ticarət münasibətlərini davam etdirmək istəyir. Avropalı ortaqlar İranla ticarətin inkişafını təmin etmək üçün xüsusi məqsədli İNSTEX (Ticarət Birjalarını Dəstəkləmə Vasitəsi-Instrument in Support of Trade Exchanges) mexanizmini işə salmaqda qətiyyətlidirlər. Qeyd edək ki, ABŞ İran ilə əldə olunan nüvə razılaşmasından 2018-ci ilin may ayında təktərəfli olaraq imtina edib. Bundan sonra nüvə ilə bağlı sanksiyalar yenidən qüvvəyə minib. Ötən gün ABŞ Dövlət Departamentindən verilən açıqlamada təbii uranın qarşılığında zənginləşdirilmiş uranın xaricə ixracına dair fəaliyyətlərin dən bundan sonra sanksiyaya məruz qalacağı bildirilib. Bundan başqa, ABŞ-ın İrana neft ixracı ilə tətbiq edilən sanksiyalardan kənar qalan ölkələrə verilən güzşət paketinin vaxtı bitib və ABŞ bu güzəşt paketini yeniləməməyi qərara alıb.