Vahid Məhərrəmli AXCP-dən niyə getdi? (AÇIQLAMA)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Vahid Məhərrəmlinin istefası ilə bağlı açıqlama verib.
Partiya sədrinin müavini Seymur Həzi Qaynarinfo-ya açıqlamasında bildirib ki, Vahid Məhərrəmlinin iki qurumdan - Milli Şura və AXCP-dən istefa verməsinin səbəbləri onlara məlum deyil. 
"Sözün açığı, özünün yazdığından başqa bizə heç nə məlum deyil. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq. Bütün sulları özünə ünvanlayın. Bizim bu barədə əlavə informasiyamız yoxdur”, deyə Seymur Həzi bildirib.
Qeyd edək ki, tanınmış iqtisadçı Vahid Məhərrəmli AXCP və Milli Şura üzvlüyündən istefa verib. O, istefasının səbəblərinin açıqlamayıb.






Fikirlər