“BƏZİ ERMƏNİ FƏALLARINI SNAYPER ATƏŞİ İLƏ ÖLDÜRƏCƏKLƏR” – Xankəndindəki “tamaşanın” pərdəarxası
“Rusiya sülhməramlılarının logistikasının Ağdama yönləndirilməsi üçün səy göstərmək lazımdır” Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Xankəndində mövcud olan separatçı-qondarma rejimin Brüssel danışıqları ərəfəsində başlatdığı “etiraz aksiyası”nın pərdəarxası məqamlarını dəyərləndirib. “AzPolitika.info” xəbər verir ki, təhlilçi əvvəlcə qondarma rejimin rəhbəri Arayik Arutyunyanın “tamaşada” səsləndirdiyi bəyanata diqqət çəkib: “Arayikin bəyanatında göstərilən ünvanları qeyd edək: Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Avropa İttifaqı (Aİ), BMT Təhlükəsizlik Şurası...Mətndə təhdid də var: “...biz həm bölgədə, həm də ondan kənarda daha sərt addımlara əl atacağıq”. Ekspert hesab edir ki, “yumru” Qurgenin (Qurgen Nersisyan red.) Xankəndində təşkil etdiyi aksiya mövcud hərbi xuntanın Rusiya sülhməramlıları ilə birlikdə vəziyyəti nəzarətdə saxlamaq, çaşqınlığın qarşısını almaq və davamlı etiraza rəhbərlik etmək cəhdidir. Çünki Qarabağ ermənilərinin Azərbaycanla bağlı Rusiya sülhməramlılarından çoxlu tələbləri var. Separatçı Araikin Arutynunanın bəyanat ünvanladığı tərəflərdən konkret istəklərinə gəlincə, F.Məmmədov onları belə sıralayıb: “Ermənistan: – indiki şəraitdə sülh müqaviləsi bağlamayın, əks halda Qarabağ erməniləri İrəvanda peyda olacaq. Yaxud, Qarabağ ermənilərinin silahlı təxribatından sonra Azərbaycanın bölgədə keçirəcəyi hərbi əməliyyatlar Ermənistana tabut axınlarına rəvac verəcək; Qərb (ABŞ, Fransa, Aİ); – Qarabağ ərazimdə qalan ermənilər Azərbaycanda yaşamağa razı deyillər, biz dialoq istəyirik, amma öz şərtlərimizlə... Rusiya; – biz daha yerli erməniləri idarə edə bilmirik, bizim üçün yeni şeylər edin! - biz Ermənistana gedə bilərik və o zaman Rusiya sülhməramlıları Qarabağ ərazisində qala bilməyəcək! Araik və başqaları nə edə bilərlər? - “Ermənistana gedərik” demək, ermənilərin Qarabağ ərazisindən Ermənistana köçməsi anlamına gəlir. Bu, həm Ermənistan, həm də Rusiya rəhbərliyinə təhdid mesajıdır; - Ermənistana getmək üçün gərək Laçın yolu ilə yürüş təşkil etsinlər. Qarabağda qalan ermənilərin yürüş yolu üzərində əvvəlcə Rusiya sülhməramlılarının “səddi”, Şuşa şəhəri yaxınlığında daxili qoşunların postu və Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi yerləşir. Bu ssenarini həyata keçirmək üçün sülhməramlıların razılığı lazımdır, çünki birinci maneə onlardır. Daha sonra nə ola bilər? Əlbəttə, Azərbaycanın daxili qoşunları qanuni qüvvədən istifadə edərək yürüş edənləri Şuşa şəhəri yaxınlığından o biri tərəfə buraxmayacaqlar. Bununla belə, “aksiyaya” dramatik məzmun veriləcək, bu zaman hətta qurbanlar da ola bilər, ermənilər yerli fəallardan bəzilərini snayper atəşi ilə öldürəcəklər; - Ermənistan Silahlı Qüvvələrinin Qarabağın məlum ərazisindəki qalıqlarının Azərbaycan Silahlı Qüvvələrinə qarşı genişmiqyaslı silahlı təxribatı. Məqsəd eynidir, yuxarıda qeyd olunan mənzərə yaratmaq lazımdır”. Nəticələrə gəlincə, F.Məmmədov bunları qeyd edib: “Xankəndindəki hərbi diktaturanın vəziyyəti getdikcə pisləşir və daha çıxılmaz vəziyyətə düşür. Nizamsızlıq və tələskənlik hər yerdə müşahidə olunur - bunu “yumru baş” Qurgenin çıxışı və kütlədən ona verilən reaksiyalar zamanı da görmək olardı... Araik və Qurgenin çıxışları Rusiyanın konkret zaman çərçivəsində addımlar atmağa təhrik etməyə yönəlib. Onlar qeyd edirlər ki, Rusiya Xarici İşlər Nazirliyi tezliklə nəsə etməlidir. Azərbaycan artıq Brüsseldə əsas təchizat marşrutunun Ağdamdan keçməsi məsələsini gündəmə gətirib, indi Rusiya sülhməramlılarının logistikasının Ağdama yönləndirilməsi üçün səy göstərmək qalır. Bununla yanaşı, Qarabağ ərazindəki Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının tərksilah edilərək bölgədən çıxarılması, eləcə də regiona resurs dəstəyinin Azərbaycan vasitəsi ilə çatdırılması mövzusu aktual olaraq qalır. Yalnız bu fəaliyyətlərin sıra ilə həyata keçirilməsi prioritetləri dəyişə bilər”.