“Nəvələrim, övladlarım sosial mediada gördüklərini mənə deyir” - Prezident

“Sosial mediadan ölkəmizin həyatı ilə bağlı bir çox mühüm məsələləri öyrənirəm”.

Musavat.com xəbər verir ki, bu fikri iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Dövlət başçısı çıxışında sosial medianın və KİV-in əhəmiyyətindən danışıb:

“Media ilə təməslarımda həmişə deyirdim ki, siz mənim gündəlik işlərimdə yardımçı olursunuz.

Çünki hər bir Prezidentin bir-birinə bənzər fəaliyyəti var. Xüsusilə Azərbaycan kimi ölkədə insan 24 saat işləməlidir. Bölgələrə səfər edirəm, insanlarla görüşürəm. Təbii ki, sosial mediadan istifadə edirəm. Azərbaycanda baş verən bir çox hadisələri, mənə məruzə edilməmiş bəzi hadisələri, istər bürokratik manelər və ya bilərəkdən mənə məruz edilməyən məsələlər olur.

Nəvələrim hətta mənə müəyyən məlumatları verirlər. Övladlarım sosial mediada gördüklərini mənə deyirlər. Mən özüm də sosial medianı izləyirəm. O mənə  çox yardımçı olur. Müəyyən şeylər var ki, məni də qıcıqlandırır. Digər bizim həmvətənlərimiz kimi, ədalətsizlik, bürokratiya və pis idarəçilik və digər mənfi hallar əlbəttə məni də qıcıqlandırır. 

Mənim diqqətimdən müəyyən məsələlər yayına bilər. Həm sosial media, həm ənənəvi KİV mənə kömək edir ki, məsələlərdən xəbərdar olum və dərhal ona reaksiya verim. Bir çox hallarda sizə deyə bilərəm ki, müəyyən dövlət məmurlarına reaksiya verilib. Hətta bir ağacın kəsilməsini mediadan bilmişəm və bu, məmurlarda da intizam yaradır”.

 






Fikirlər