Hansı xəritə əsas götürüləcək: AXC dövrü, 1991-ci il, yoxsa?

Hansı xəritə əsas götürüləcək: AXC dövrü, 1991-ci il, yoxsa?

Azərbaycan və Ermənistan arasında uzun müddətdir müzakirə edilən və hələ də razılıq əldə olunmayan sərhədlərin demarkasiya və delimitasityası məsələsinin 2024-cü ildə həll edilməsi ilə bağlı gözləntilər var. 

Belə ki, hər iki tərəf sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı hansı xəritələrin qəbul edilməsi və icrası məsələsində olduqca zidd fikirlər səsləndirir. Azərbaycan tərəfi daha çox AXC dövrü və sovet hakimiyyətinin  ilk dövrlərində istifadə olunan xəritələri əsas götürdüyü halda, Ermənistan 1991-ci ildə Alma-Atada qəbul edilmiş bəyannaməyə istinad edilməsinə təkid edir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zaur Məmmədov 2024-cü ildə delimitasiya və demarkasiya məsələsi ilə bağlı ciddi irəliləyişin əldə edilməsi imkanlarının zəif olduğunu qeyd edib.

“Delimitasiya və demarkasiya məsələsi hazırda gündəmdə olsa da, bu məsələ ilə bağlı 2024-cü ildə irəliləyiş əldə edilməsi imkanları kifayət qədər azdır. Hal-hazırda əsas məqsəd iki ölkə arasında sülh müqaviləsinin və ya münasibətlərin normallaşmasına dair sənədin imzalanmasıdır. 

Hətta mehriban qonşular arasında belə sərhədlərin dəqiqləşdirilməsi və müəyyənləşdirilməsi uzun müddət çəkir. Ələlxüsus əgər söhbət Azərbaycan və Ermənistan arasında olan və olduqca prinsipial, eyni zamanda vacib məsələdən gedirsə düşünürəm ki, tələsməyə ehtiyac yoxdur. 

Xəritələrə gəlincə isə, Ermənistanın əsas kimi götürdüyü 1970 və 1991-ci illər arasındakı xəritələr əlbəttə, əsas sayıla bilməz. Xəritələrlə bağlı hər iki ölkə bir-birinin niyyətinə tam bələddir və Bakı ilə İrəvan arasında bu məsələdə olduqca prinsipial fərqlər var”. 






Fikirlər