Seçkisonrası Azərbaycan: Hansı qurumlar ləğv oluna bilər? - FHN, səhiyyə və təhsillə bağlı iddialar...
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən sonra kadr və struktur dəyişiklərinin həyata keçiriləcəyi barədə məlumatların ardı-arası kəsilmir. Qaynarinfo xəbər verir ki, məlumatlarda əhəmiyyətli dəyişikliklərdən bəhs edilir. İddialara görə, bu dəfəki dəyişikliklər digərlərindən fərqlənəcək. Yəni, istər hakimiyyət komandasında, istərsə də, idarəetmədə kosmetik əlgəzidmədən söhbət getmir. 2018-ci ildə də keçirilən növbədənkənar prezident seçkilərindən sonra da oxşar prosesə start verilmişdi. Bir neçə il ərzində köhnə komanda yenilənmiş, bəzi qurumlar ləğv edilmiş, biri-birini təkrarlayan strukturlar birləşdirilmişdi. Lakin dəyişiklər ictimai rəydə müsbət qarşılansa da, bəzi məmurların etimadı doğrultmaması, yeni konfiqurasiyaya uyğunlaşa bilməməsi islahat mövzusunu yenidən gündəmə gətirib. "Ümumiyyətlə, referendum hər bir məsələ üçün keçirilə bilər. Amma məcburi olmayan hallar da var. Konkret olaraq yerli icra hakimiyyətlərinin ləğvi üçün referenduma ehtiyac yoxdur. Çünki bu konstirusion təsisat deyil. Yəni, konstitusiya ilə təsbit olunmayıb", deyə Pənah Hüseyn vurğulayıb. Bu halda yerli icra hakimiyyətlərinin ləğvi məsələsi real görünür. Bu addım Azərbaycanın inzibati ərazi bölgüsü sistemində dəyişikləri şərtləndirə bilər. Ən pis halda xırda rayonların bir mərkəzdə birləşdirilməsi mümkündür. Bundan başqa, Nazirlər Kabinetinin tərkibində müəyyən dəyişikliklərin həyata keçiriləcəyi ehtimal olunur. Bəzi nazirlərin istefaya göndəriləcəyi, bəzi qurumların isə ləğv olunacağı barədə mülahizələr səsləndirilir. Xüsusilə, iri qurumlarda "budama əməliyyatı"nın aparılacağı önə çəkilir. Bu sırada ilk növbədə Fövqəladə Hallar Nazirliyinin (FHN) adı çəkilir. Bu nazirlik Azərbaycanda ən iri qurumdur. Nazirliyin təkcə regional idarələrinin sayı doqquzdur. Bundan başqa, FHN-nin təkibində 18 qurum və 15 idarə fəaliyyət göstərir. İddialara görə, ilk növbədə nazirlikdəki strukturlar ixtisara məruz qalacaq. Daha sonra qurumun özü müvafiq nazirliklərindən birinə birləşdirilə bilər. Hətta mümkündür FHN parçalanaraq səlahiyyətləri ayrı-ayrı qurumlara verilsin. FHN-nin birləşdiriləcəyi qurumlar arasında əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Daxili İşlər Nazirliyinin adı çəkilir. Oxşar proses səhiyyə və təhsil sahəsində də həyata keçirilə bilər. Məlumdur ki, hər iki sferada bir neçə qurum faəliyyət göstərir. Müşahidələr göstərir ki, bu qurumlar fəaliyyətləri ilə bir çox hallarda bir-birini təkrarlayır. Hələ növbədənkənar seçkilər təyin olunmamışdan aylar əvvəl yenidən islahatlara ehtiyac yarandığı barədə fikirlər səsləndirilirdi. Məlumatlarda iddia olunur ki, hökumət də baş verənlərin fərqindədir və islahat təkliflərini gözardı etmək niyyətində deyil. Bəs bizi hansı dəyişikliklər gözləyir? İddialara görə, ilk növbədə yerli icra hakimiyyətlərinin ləğvi məsələsi gündəmə bilər. Bu mövzu ətrafında müzakirələrdə bəzi hallarda yanlış yanaşma ortaya qoyulur. Bildirilir ki, yerli icra hakimiyyətlərinin ləğvi üçün referendum keçirilməlidir. Prezident seçkilərindən sonra referendumun keçirilməsi o qədər də asan proses olmadığı üçün hakimiyyətin bu addımı atacağını real hesab edilmir. Halbuki yerli icra hakimiyyətləri konstitusiya təsbit olunmuş təsisat deyil. Bu isə o deməkdir ki, həmin qurumların ləğvi üçün referenduma ehtiyac yoxdur. Keçmiş deputat və Azərbaycanın sabiq baş naziiri Pənah Hüseyn də bu mövzuda Qaynarinfo-ya danışarkən yerli icra hakimiyyətlərin ləğvi üçün referendum keçirilməsinə ehtiyac olmadığını bildirib.