Tramp Çini HƏDƏF ALDI: “Ümumi fəlakət...”
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Ümumdünya Ticarət Təşkilatını “ümumi fəlakət” adlandırıb və öz sələflərini tənqid edib. Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, prezident bu barədə Ohayo ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib. “Çinin Ümumdünya Ticarət Təşkilatına qoşulmasından sonra yalnız Ohayonun sənaye sektorunda 200 mindən çox iş yeri itirildi. Ümumdünya Ticarət Təşkilatı ümumi fəlakətdir", - amerika lideri qeyd edib. Tramp iqtisadi sferadakı hərəkətlərinə görə Amerika siyasətçilərini tənqid atəşinə tutub: “Çox onilliklər ərzində siyasətçilərimiz başqa ölkələrə bizim iş yerlərimizi oğurlamağa, bütün sərvətimizi və iqtisadiyyatımızı qarət etməyə icazə verirdi. Mən düşünmürəm ki, onlar bunu şüurlu olaraq edirdilər. Onlar bunu sadəcə bilmir və anlamırdılar”. Tramp Ümumdünya Ticarət Təşkilatını dəfələrlə tənqid edib. O, apreldə tvitterdə yazıb ki, Ümumdünya Ticarət Təşkilatı Çinə əlavə üstünlük verərək özünü ABŞ-la bağlı ədalətsiz aparır. Ağ Evin başçısı həmçinin bildirib ki, Vaşinqton bu təşkilatda islahatların həyata keçirilməsinə nail olacaq. İyunun 29-da ABŞ-ın ticarət siyasəti məsələləri üzrə müzakirələrdə iştirak etmiş şəxslərə istinadən “Axios” internet-nəşri yazıb ki, prezident öz məsləhətçilərinə bir neçə dəfə Ümumdünya Ticarət Təşkilatından ABŞ-ı çıxarmaq arzusu haqqında danışıb. Tramp özü isə həmin gün infoamasiyanı təkzib etdi. “Mən belə danışıqlar aparmıram”, - o jurnalistlərə deyib. Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı 1 yanvar 1995-ci ildı 1947-ci ildə bağlanmış tariflər və ticarət haqqında Baş razılaşma əsasında yaradılıb. 160-dan çox dövlət onun üzvüdür. Təşkilatın qərargahı Cenevrədədir.