"BİR GÜN xalqın QALXACAĞI GÖZLƏNİLƏN idi..."

İranın nehrə kimi çalxalanmasına ilginc şərh...

İranda nə baş verir? Hamı bu suala cavab axtarır? Gerçəkdənmi Vaşinqtonda molla rejimini bitirmək üçün düyməyə basılıb? 
Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim, professor Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında bildirib ki, İranda baş verənlər gözlənilən idi:
"Mən keçən şərhlərimdən birində bu gün İranda baş verən olaylardan danışmışdım. Və onda demişdim ki, İran proseslərə ən həssas bölgədir və burada hadisələr hər an üsyan xarakterli iğtişaşlara çevrilə bilər. Biz buna hazırlaşmalıyıq. Çünki biz çox zaman belə prosesləri vaxtında dəyərləndirmir və nəticədə olay baş verəndə nə edəcəyimizi bilimirik. İranda hərəkat sosial xarakterli olsa da Təbriz və digər Azərbaycan şəhərlərində proseslər milli azadlıq hərəkatına dönüşə bilər. Artıq milli şüarlar səsləndirilir. Çox təəssüf ki, Cənubda bu hərəkatı yönləndirəcək təşkilat və lider yoxdur. Lideri olmayan və onu bütün milli qüvvələri öz ətrafında birləşdirə bilməyən hərəkat isə bir stixiya xarakteri alır və onu istənilən istənilməyən səmtə yönəldə biləcəklər. "ABŞ düyməni basdı" ibarəsini qəbul etmirəm.  Olayların iç dinamitlərdən qaynaqlandığını düşünürəm. Həqiqətən İranda iqtisadi durum, inasanların maddi durumu ağırdır. Diktatura rejimi xalqı daha nə qədər basqı altında saxlayacaqdı. Bir gün xalqın qalxacağı gözlənilən idi. Bəli, onu demək olar ki, Amerika bu hadisələrdən istifadə edəcək. Amma iki nəfərin xarici casuslar tərəfindən öldürülməsinə də inanıram. Xarici qüvvələr burada işləyəcəklər. XİN müavini  xaricdən müdaxilərin olduğuna işarə vurması da göstərir ki, İsrail də, Qərb də boş-boşuna oturmayacaq. Amma dövlət olaraq İran güclüdür və hadisələrin bundan sonra nəzarətdən çıxmasına imkan verməz".

 

 






Fikirlər