SƏUDİYYƏ KRALI QÜDS BARƏDƏ MÖVQEYİNİ AÇIQLADI

Səudiyyə kralı Qüds barədə mövqeyini açıqladı

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Ərəb Dövlətləri Lıqasının zirvə toplantısındakı çıxışında ABŞ prezidenti Donald Trampın ölkənin Tel-Əvivdəki səfirliyinin Qüdsə keçirmək qərarını tənqid edib.

AzerTaym.azAzərtac-a istinadən xəbər verir ki, kral Qüdsü Fələstinin paytaxtı kimini tanıdıqlarını açıqlayıb.

O, həmçinin bu gün keçirilən sammiti “Əl-Qüds” sammiti adlandırıb.

Qeyd etmək lazımdır ki, bu gün Səudiyyə Ərəbistanın Dahran şəhərində Ərəb dövlətləri liqasının 29-cu sammiti keçirilir. Sammitdə ərəb ölkələrinin liderləri, Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, BMT-nin baş katibinin Suriya üzrə xüsusi təmsilçisi Staffan de Mistura iştirak edirlər.

Ərəb ölkələrinin liderləri İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi, Suriyadakı vəziyyət, Yəməndə və Liviyada böhran, terrorizmə qarşı mübarizə və gündəlikdə duran digər məsələləri müzakirə edir.






Fikirlər