“MÜXALIFƏTÇİLƏR hakimiyyətə gəlsələr indikindən daha çox ƏXLAQSIZLIQ edəcəklər...”

Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri, xalq hərəkatının liderlərindən biri Nemət Pənahlı sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanlarına təhqirlər yağıdıran və siyasi mübarizəni söyüşlə aparan şəxslərə cavab verib.

N.Pənahlı “Ölkə.Az”a açıqlamasında siyasi mübarizənin söyüşlə deyil, sivil yolla aparılmasına tərəfdar olduğunu bildirib.

Ötən dəfə mən bu barədə bir neçə jurnalistə də fikrimi bildirmişdim. Çox təəssüf ki, həmin şəxslər fikirlərimi təhrif edərək, çıxışlarımın müəyyən hissələrini yayımlayıblar. Buna görə də özümə söz vermişəm ki, bir daha həmin adamlara müsahibə verməyəcəm-Nemət Pənahlı deyib.

Müxalifətin söyüş və təhqiramiz ifadələrlə mübarizə üsulu seçməsinin iyrənclik olduğunu vurğulayan N.Pənahlı hakimiyyət tərəfindən də bəzi şəxslərin təhqiramiz ifadələr səsləndirdiyini xatırladıb. O, “həqiqəti söylədiyi üçün” dəfələrlə müxalifət nümayəndələri tərəfindən təhqirlərə də məruz qaldığını bildirib.

Bəzən mən onlara deyirəm ki, ay müxalifət, söyüş və təhqiredici fikirlərlə mübarizə aparmaq üsulunu yığışdırın. Yəni, onlar hələ hakimiyyətə gəlməyib, bu qədər əxlaqsızlıq, mənəviyyatsızlıq nümayiş etdirirlər. Sabah hakimiyyətə gəlsələr, indikindən daha çox əxlaqsızlıq edəcəklər. Bu sözlərimə görə mənə hücum çəkirlər-N.Pənahlı əlavə edib.

Pənahlı deyir ki, indiki AXCP vaxtilə onun kölgəsində sürünüb: “1988-ci ildə Xalq Cəbhəsi adında təşkilat hələ yox idi. Ancaq Azərbaycanda Milli Azadlıq Hərəkatı elan edilmişdi, Lenin meydanının adı dəyişdirilərək “Azadlıq” meydanı adlandırılıb. Bütün bunlara görə Sovet həbsxanalarına düşmüşəm. Həbsdən çıxandan sonra da Xalq Cəbhəsi mənim nüfuzumun altında sürünüb. Bu qədər xidmətləri göstərən mən ola-ola bu gün Xalq Cəbhəsi iddia edir ki, guya bütün bunları onlar ediblər və sairə. Bunu etmək doğru deyil”.






Fikirlər